Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Çerniqovda təqaüdçü: ‘Mətbəxdə yemək bişirəndə qızınıram’


Ukrayna
Ukrayna

Ukrayna hökuməti və beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynanın mülki infrastrukturuna vurduğu ziyanı pisləyib. Oktyabrın 22-də hökumət 1,5 milyonadək evin elektriksiz qaldığını, ölkənin elektrik şəbəkəsinin 40%-nin oktyabrın 10-dan başlayan hücumlarda zədələndiyini bildirib.

Temperatur 0-dan düşərsə...

Müharibədən öncə əhalisi 285 min nəfər olan Çerniqovda hökumət rəsmiləri sakinləri bu il istilik mövsümünün çətin keçəcəyi haqda xəbərdar ediblər. Onlar sakinlərə mümkün qədər tez hazırlıq görməyi məsləhət görüblər. Yerli sakinlər odun və çırpı toplamağa başlayıblar. Onlar odunu ya satın alır, ya da yaxınlıqdakı meşələrdən toplayırlar. Sosial media platformaları temperatur 0-dan düşən zaman soyuqdan əziyyət çəkməməklə bağlı tövsiyələrlə doludur.

Şəhər Rusiya hücumunun ilk günlərindən bəri çətinliklərlə üz-üzədir, bir neçə gün Rusiya işğalında da qalıb. Ruslar apreldə buradan geri çəkilməli olublar. Həmin günlərdə insanların qazı qurtarır, işıqlar tez-tez sönürdü. İnsanlar evdə düzəltdikləri sobaları həyətə çıxarıb yemək bişirirdilər. İndi sakinlər həmin sobaları yenidən çıxarıb tozunu alır, onları evin içinə və ya hücumlardan daldalandıqları zirzəmilərə quraşdırırlar.

Beynəlxalq olimpiadalarda iştirak bütün şagirdlər üçün əlçatandırmı?
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Odun sobası

Volodimir Çerniqovda özəl çalışan həkimdir. O, anası və xalası ilə birlikdə meşədən odun yığır.

"Od qalamağa çırpı yığmışıq. Evi qızdıran odun sobamız var. Onda yemək bişirmək də olar”, – o, AzadlıqRadiosunun Ukrayna xidmətinə deyir.

Ailə Volodimirin atasının 40 il bundan əvvəl tikdiyi balaca evdə yaşayır. Atası evi tam bitirə bilməyib və indi ehtiyatda qalan taxta parçaları qışda evi qızdırmağa yaraya bilər.

"Tikinti üçün hazırladığımız taxtaları indi isinmək üçün yandıracağıq”, – Volodimir deyir. Onun sözlərinə görə, sakinlər arasında mebel və evin kənarlarındakı taxta hissələri çapıb yandırmağı düşünənlər də var.

“Bütün ölkə elektrikə qənaət edir”

Təqaüdçü Valentina Çerniqovun kənarında bir rayonda yaşayır. O, şəhərin heç sülh şəraitində də bu rayona yetərincə istilik vermədiyini, buna görə soyuğa öyrəşdiyini deyir.

Fevral və mayda hücum zamanı onun mənzilində temperatur 7 dərəcəyə enibmiş.

"Paltarla yatırdım. Su, elektrik, qaz yox idi. İndi su var. Təkcə soyuq sudur, ancaq yenə də olsun”, – o deyir.

Valentinanın elektriklə işləyən qızdırıcıları var. Ancaq o bilir ki, bu qızdırıcılara güvənə bilməz. Hələlik, onlardan istifadə etmir, çünki istehlakı minimallaşdırmaq lazımdır.

"Bütün ölkə elektrikə qənaət edir. Bu halda qızdırıcını necə işə sala bilərəm? Mətbəxdə yemək bişirəndə qızınıram. İki iri qazanda su qızdıra bilərəm. Buxar mənzili bir az qızdırır”, – o deyir.

Valentina vaxtının çox hissəsini mətbəxdə Çerniqovda müharibə qurbanlarının xatirəsinə tikmələr tikməklə keçirir.

XS
SM
MD
LG