Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:41

İranda məscidə hücumda azı 15 nəfər öldürülüb


Saqezdə Məhsa Əmininin qırx mərasiminə gedənlər
Saqezdə Məhsa Əmininin qırx mərasiminə gedənlər

Oktyabrın 26-da Şirazda Şah Çıraq məbədinə hücumda azı 15 nəfər öldürülüb. Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) silahlı qruplaşması üzərinə götürüb.

Azı 19 nəfərin yaralandığı bildirilir.

İran rəsmiləri silahlının həbs olunduğunu deyirlər.

Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan deyib ki, Tehran “terrorçular və xaricdən müdaxilə edənlərə” qarşı tədbir görəcək.

İD indiyədək İranda bir sıra hücumlar, o cümlədən 2017-ci ildə parlamentdə və İslam Respublikasının qurucusu Ayətullah Ruhulla Xomeyninin məqbərəsinə hücumlara görə məsuliyyət götürüb.

Saqezdə etirazlar

Dünən Məhsa Əmininin qırx mərasiminə görə onun Saqez şəhərində basdırıldığı Aiçi qəbiristanlığına 10 minədək insan yığıb. Bu haqda yarırəsmi ISNA xəbər agentliyi məlumat yayıb. Agentlik təhlükəsizlik qüvvələri ilə tədbir iştirakçıları arasında toqquşmalar olduğunu, İnternetin kəsildiyini bildirib.

Norveçdə yerləşən, İranın kürd əyalətlərində insan haqlarının monitorinqini aparan “Hengaw” təşkilatının məlumatına görə, şəhərə yığışan etirazçılaraq qarşı gözyaşardıcı qaza əl atılıb, atəş açılıb.

Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Oktyabrın 26-da İranda fəhlələr və dükan sahiblərinin də etirazlara çıxdığı bildirilir.

+++

Oktyabrın 26-da İranın Şiraz şəhərində müqəddəs şiə məbədinə silahlı hücumda azı 13 nəfər öldürülüb, onlarla adam yaralanıb. Məlumatı IRNA dövlət agentliyi yayıb.

Bu hücum təhlükəsizlik qüvvələrinin ölkədə etirazçılara divan tutduğu bir vaxtda baş verir. 22 yaşlı Məhsa Əmininin polis tərəfindən saxlanandan sonra ölümü ölkədə etirazlara səbəb olub.

Silahlılar Şah Çıraq məscidində zəvvarlara və məbədin işçilərinə atəş açıblar.

Xeyli sayda yaralı var

IRNA hücum edənləri “təfkiri terrorçular” adlandırıb. Şiə ölkəsi İranda sərt xətt tərəfdarı sünni islamçı qruplara belə deyirlər.

Polis iki nəfəri həbs edib. Ancaq yerli polis rəisi sonradan deyib ki, hücumu bir nəfər həyata keçirib və saxlanıb.

Daxili işlər naziri Əhməd Vahidi xeyli yaralının olduğunu, ölü sayının arta biləcəyini bildirir. O, İranda etirazlara qatılanları belə “terror hücumları” üçün zəmin hazırlamaqda suçlayıb.

Prezident İbrahim Rəisi deyib ki, hücum “cavabsız qalmayacaq, təhlükəsizlik və hüquq-mühafizə qüvvələri hücumu hazırlayıb həyata keçirənlərə dərs verəcək”.

Oktyabrın 26-da Əmininin 40 mərasimi günü minlərlə iranlı onun dəfn olunduğu qəbiristanlığa yığışıb.

XS
SM
MD
LG