Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:18

Ford Rusiya bazarından tamamilə çıxır


Rusiyada Ford Sollers zavodu
Rusiyada Ford Sollers zavodu

ABŞ-ın Ford avtomobil istehsalçısı şirkəti Rusiya bazarından çıxma prosesini tamamlayıb, bu ölkədəki Sollers Ford birgə müəssisəsindəki 49 faizlik payını satıb.

Ford oktyabrın 26-da bildirib ki, payını “nominal” qiymətə satıb, ancaq məbləği açıqlamayıb.

Şirkət bir neçə ilə “qlobal vəziyyət dəyişərsə”, payını beş il ərzində geri almaq hüququnu saxlayıb. Rusiyanın Sollers şirkətilə birgə müəssisə 2011-ci ildə yaradılıb.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Mercedes-Benz də gedir

Ford Rusiyada əməliyyatları bu ilin martında, Moskva fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra dayandırıb.

Ukraynada müharibə başlayandan bir sıra xarici avtomobil şirkətləri Rusiyada əməliyyatları ya dayandırıb, ya da tamamilə bu ölkədən gedib.

Oktyabrın 26-da Almaniyanın Mercedes-Benz şirkəti də səhmlərimi yerli investora satacağını, Rusiyadan gedəcəyini açıqlayıb.

KFC, Zara

Oktyabrın 25-də isə ABŞ-ın KFC fast-fud restoranlar şəbəkəsi Rusiyadakı biznesini yerli operatora ötürdüyünü bildirib. İspaniyanın Zara geyim şirkəti də bu ölkədəki biznesini satacağını bəyan edib.

KFC-nin sahibi Yum!Brands holdinqi bildirib ki, Rusiyadakı 70 KFC restoranını satmaq üzrə razılaşma imzalayıb. Restoranların, onların əməliyyat sistemi və Smart Services Ltd frənçayzı rusiyalılara satılacaq.

Alıcı restoranların adının dəyişdirilməsi, işçilərin saxlanması üçün məsuliyyət daşıyır.

Qəpik-quruşa işləyən məktəb psixoloqlarından keyfiyyətli iş tələb etmək olarmı?
Gözlə

No media source currently available

0:00 0:07:42 0:00

Rostic fast-fud brendi ilə işləyəcəklər

“Kommersant” qəzeti fast-fud restoranlarının Rusiyanın Rostic fast-fud brendi ilə işləyəcəyini yazıb.

Rusiyada minədək KFC restoranı var, lisenziya, yaxus frənçayz razılaşmaları ilə idarə olunurlar.

Zara və digər şəbəkələrin sahibi İnditex şirkəti isə Rusiyadakı biznesini Daher qrupuna satır.

Inditex Rusiyada əməliyyatları yeddi ay öncə dayandırıb, 502 mağazasını bağlayıb.

Starbucks və McDonald's da Rusiyadan getdiklərini açıqlayıblar. Fransanın Danone konqlomeratı bu ayın əvvəlində Rusiyadakı əməliyyatlarının çox hissəsini satdığını bəyan edib.

XS
SM
MD
LG