Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:53

Putin partladılması ehtimal edilən qaz kəmərlərindən danışıb


Putin hadisənin “aşkar terror aktı” olduğunu deyib

Gazprom şirkətinin nümayəndələrinin Şimal Axını-1 və Şimal Axını-2 qaz kəmərlərində ehtimal edilən partlayışların yerini təhqiq etmələrinə icazə verilib.

Bu barədə oktyabrın 31-də Soçidə keçirilən mətbuat konfransında prezident Vladimir Putin məlumat verib.

Putinin sözlərinə görə hadisə yerində dərinliyi üç və beş metr olan iki çala aşkar olunub.

Kəmər borusunun 40 metrlik hissəsi qopub və nəticədə borular bir-birindən 259 metr aralanıb.

Borunun partlayış nəticəsində qopan hissəsi 90 dərəcə bucaq altında əyilib və kəmərdən 40 metr kənara düşüb.

Ermənistanda itkin düşmüş 29 əsgərin yaxınları cavab gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

"Aşkar terror aktı"

Putin bunların partlayışlar nəticəsində baş verdiyini və hadisənin “aşkar terror aktı” olduğunu deyib.

Rusiya prezidenti bildirib ki, bütün bunlara nəzarət etmək çətindir, çünki sualtı kəmər Danimarkanın, İsveçin və Almaniyanın xüsusi iqtisadi zonasına düşür.

Putin habelə kəmərin Rusiyanın özü tərəfindən partladılması ilə bağlı iddialarla əlaqədar hiddətini bildirib.

Sentyabrın sonlarında Şimal Axını-1 kəmərinin hər iki və Şimal Axını-2 kəmərinin bir borusu ehtimal edilən partlayışlar nəticəsində zədələnmişdi.

'Kənddə qəbir qazmağa gənc qalmayıb'
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Ayrı-ayrı təhqiqatlar

Şimal Axını-1 kəməri Rusiya qazını Almaniyaya nəql edən əsas kəmərdir. Qaz daha sonra Almaniyadan Avropa İttifaqının başqa ölkələrinə paylanır.

Yayın ortalarında Gazprom bu kəmərlə qazın Avropaya nəqlini əhəmiyyətli həcmlərdə azaltmış, daha sonra isə ümumiyyətlə dayandırmışdı. Moskva bunun səbəbi olaraq texniki nasazlıqları əsas gətirirdi.

Şimal Axını-2 kəməri isə Rusiyaya qarşı sanksiyalara görə ümumiyyətlə istismara verilməmişdi.

Hazırda Danimarka, İsveç və Almaniya kəmərlərin zədələnməsi səbəbləri ilə bağlı ayrı-ayrılıqda təhqiqat aparırlar. Onlar birgə təhqiqat barədə razılığa gələ bilməyiblər.

Danimarka və İsveç polisi bildirir ki, Şimal Axını-1 kəməri bir neçə yerdə partladılıb.

Rusiyanın kələyi?

The Wall Street Journal yazır ki, təhqiqata bağlı bir çox ekspert bu diversiyanın Rusiyanın özü tərəfindən törədilməsindən şübhələnir.

Onlar hesab edirlər ki, Rusiya Şimal Axını-2 kəmərinin bir borusunu salamat saxlamaqla Almaniya hökumətini bu kəmərə lisenziya verilməsinə məcbur etmək istəyir.

Burası da var ki, partlayışlar nəticəsində Şimal Axını-2 kəməri də istismar üçün yararsız hala gələ bilərdi.

Rusiya hakimiyyəti hesab edir ki, sözü gedən partlayışlarda ABŞ və onun müttəfiqləri maraqlı idilər.

Rusiya XİN bildirib ki, rusiyalı ekspertlər kəmərlərin təhqiqatına buraxılmasalar, Moskva Qərbin apardığı araşdırmanın nəticələrini qəbul etməyəcək.

XS
SM
MD
LG