Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:38

Paşinyan: 'Biz bütün dünyaya qarşı mübarizə apara bilmərik...'


Azərbaycan sərhədinə yaxın erməni kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Azərbaycan sərhədinə yaxın erməni kəndindən reportaj

Paşinyan vurğulayıb ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına geniş müsahibə verib.

Ermənistan hökumətinin Qarabağ məsələsində hazırkı mövqeyinə dair verilən “Artsax (Qarabağ-red) Ermənistandır və nöqtə”, “yoxsa Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə çoxdan barışıb?” sualına cavab verərkən deyib ki, “əgər biz Ermənistanı və Dağlıq Qarabağı fəlakət qarşısında qoymaq istəmiriksə, təkbaşına bütün dünyaya qarşı mübarizə apara bilmərik, çünki bunu bacarmarıq” sözləri ilə cavab verib.

Paşinyan vurğulayıb ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib.

Qərb və Rusiya variantı barədə

Paşinyan habelə Qarabağ probleminin tənzimlənməsinə dair iki yanaşmadan - Qərb və Rusiya yanaşmasından danışıb.

O deyib ki, Rusiyanın təklifinin Ermənistan üçün pozitiv, Qərbin təklifinin isə neqativ olduğuna dair şayiələrin heç bir əsası yoxdur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatıladır ki, hələ oktyabrın 31-də Soçi görüşü zamanı Paşinyan Putinə Praqada və Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların Rusiyanın mövqeyinə zidd olmadığını demişdi.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

“Qarabağ məsələsi həll olunubsa...”

Nikol Paşinyan habelə vurğulayıb ki, Qarabağ heç vaxt ərazi məsələsi olmayıb və əgər Qarabağ məsələsi həll olunubsa, yerli ermənilər bunu niyə hiss etmirlər:

“Dağlıq Qarabağın erməniləri niyə məsələnin həll olunduğunu hiss etmirlər? Niyə Azərbaycan qoşunları Dağlıq Qarabağın ətrafında mövqelər qurub və niyə Dağlıq Qarabağa atəş açırlar? Biz ona qarşı deyilik ki, Dağlıq Qarabağ məsələsi həll olunmasın. Biz deyirik ki, bu həlli ilk növbədə orda yaşayanlar görməli, hiss və qəbul etməlidirlər. Onlar niyə daim təhlükə altındadırlar?”

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

1991-ci ilin sərhədləri

Paşinyan bunu da deyib ki, əgər hər iki tərəf 1991-ci ilin sərhədlərini tanıyırsa, onda Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə daxil olduğu məlum olur.

O xatırtladıb ki, 1991-ci ilin sərhədi keçmiş SSRİ-nin inzibati sərhədidir.

Baş nazir iddia edib ki, delimitasiya üçün də 1991-ci ilin sərhədləri əsas götürüləcək.

“Onlar Ermənistanın yollarından istifadə etmək istəyirlərsə, buyursunlar”

Paşinyan müsahibə zamanı diqqəti belə bir məqama çəkib ki, Azərbaycan XİN-in son bəyanatında “dəhliz” sözündən istifadə olunmur.

Paşinyan vurğulayıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması üçün heç bir maneə yoxdur:

“Günü bugün hökumət belə bir qərarı kağız üzərində de jure qəbul edə bilər. Onlar Naxçıvanla əlaqə üçün Ermənistanın yollarından istifadə etmək istəyirlərsə, buyursunlar. Biz demişik ki, bu yol istənilən an açıla bilər”.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Bakının mövqeyi

44 günlük müharibədən sonra Azərbaycan prezidenti dəfələrlə Qarabağ probleminin artıq olmadığını və onun tarixə çevrildiyini deyib.

Prezident İlham Əliyev Praqa danışıqlarından sonra demişdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

Əliyev habelə vurğulamışdı ki, Azərbaycan bu məsələni üçüncü bir tərəflə heç vaxt müzakirə etməyəcək.

2020-ci il müharibəsindən sonra Ermənistan Azərbaycanı habelə onun ərazi bütövlüyünü pozmaqda və qoşunlarını suveren Ermənistan ərazisinə yeritməkdə ittiham edir.

Azərbaycan bu ittihamı qəbul etmir. Bakı bildirir ki, sərhədlərin delimitasiyası keçirilmədən hər hansı suveren ərazidən söhbət gedə bilməz.

İlham Əliyevə istefa şüarları- Bakıda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG