Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:51

Ərdoğan Ankarada keçirilən ABŞ-Rusiya danışıqlarının uğurlu olduğunu deyir


Türkiyə prezidenti administrasiyasının verdiyi məlumata görə Ərdoğan bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan deyib ki, bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin arasında Ankarada keçirilmiş danışıqlar Ukrayna ətrafında “nəzarətsiz” eskalasiyanın cilovlanmasında mühüm rol oynayıb.

Bu danışıqların Türkiyə Milli İstixbarat Təşkilatının (MIT) vasitəçiliyi ilə keçirildiyi xəbər verilmişdi.

Türkiyə prezidenti administrasiyasının verdiyi məlumata görə Ərdoğan bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib.

Ərdoğan Putinə habelə Ukrayna taxılının Qara dəniz limanlarından ixracına dair razılaşmanın uzadılmasına görə təşəkkürünü bildirib.

Noyabrın 17-də Börnslə Narışkin arasında danışıqlardan sonra Ərdoğan Türkiyə xüsusi xidmətlərinin verdiyi məlumata istinadla bəyan etmişdi ki, hazırda nə ABŞ, nə də Rusiya nüvə silahından istifadə etməyi planlaşdırmır.

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Moskva danışıqlar barədə susur

ABŞ və Rusiya kəşfiyyat idarələri başçıları arasında üzbəüz görüş həftənin əvvəlində Ankarada keçirilmişdi.

Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan bəri iki ölkə arasında belə yüksək səviyyədə keçirilən ilk görüş idi.

ABŞ prezidenti Co Baydenin administarsiyasından verilən məlumatda deyilir ki, sözü gedən görüşdə Ukrayna müharibəsi fonunda Moskvanın nüvə hədələri müzakirə olunurdu.

Ramananın 'analoqu olmayan' yolları
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Rusiya tərəfi danışıqların təfərrüatlarını açıqlamır. Nə Kreml, nə də XİN bu barədə heç bir məlumat verməyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski israr edir ki, Moskva ilə dialoq yalnız Rusiya qoşunları Ukraynanın ərazisindən tam çıxarıldıqdan və Kreml belə təcavüzün bir daha baş verməyəcəyinə qarantiyalar verdikdən sonra mümkün ola bilər.

Kreml bildirir ki, Ukraynanın irəli sürdüyü şərtlər onun üçün məqbul deyil.

XS
SM
MD
LG