Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:26

Türkiyə YPG-nin raket zərbələrindən 3 nəfərin öldüyünü bildirir


Arxiv fotosu
Arxiv fotosu

Türkiyə rəsmilərinin məlumatına görə, Suriyanın şimalındakı YPG kürd qruplaşmasının bu gün – noyabrın 21-də atdığı beş raket üç nəfərin həyatına son qoyub, yaralılar var. Həftəsonu Türkiyə sərhədin o tayında hərbi əməliyyat keçirib.

Raketlər Qaziantep vilayətinin Karkamış rayonunda məktəbə, iki evə, bir yük maşınına düşüb. Vali Davud Gül altı nəfərin yaralandığını sözlərinə əlavə edib.

Daxili işlər naziri Süleyman Soylu daha sonra həmin üç nəfərin vəfat etdiyini açıqlayıb.

Raketlərin Kobanidən atıldığı bildirilir

CNN Turk telekanalı raketlərin Suriyada YPG qruplaşmasının nəzarətində olan Kobanidən atıldığını bildirib.

Bir gün öncə Türkiyə hərbi təyyarələri Suriyanın şimalında və İraqda kürd hərbi bazalarına hava zərbələri endirib, 89 hədəfi dağıdıb.

Müdafiə Nazirliyi bu əməliyyatın bir həftə öncə İstanbulda altı nəfərin ölümünə səbəb olmuş intiharçı hücumuna cavab olduğunu bildirib. Hakimiyyət həmin hücuma görə Kürd Fəhlə Partiyasını (PKK) ittiham edib.

YPG PKK-nın bir qanadıdır.

Ankara həftəsonu əməliyyatlarında 8 təhlükəsizlik əməkdaşının xəsarət aldığını bildirib. YPG-nin Suriyanın Tal Rifat şəhərindən Türkiyənin Kilis vilayətində sərhəd buraxılış məntəqəsi yaxınlığındakı polis postuna raket atdığı bildirilir.

XS
SM
MD
LG