Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:28

KTMT Ermənistana hərbi dəstəyə dair sənədi qəbul etməyib


KTMT-nin Yerevan sammitində
KTMT-nin Yerevan sammitində

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana kömək göstərilməsi tədbirləri haqqında qərar layihəsi “yüksək hazırlıq vəziyyətindədir”, amma “müəyyən müddəalarının işlənməsinə ehtiyac var”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 23-də təşkilatın baş katibi Stanislav Zas şura sessiyasının nəticələri barədə danışarkən deyib:

“İki sənəd bugün xüsusilə müzakirə olunub. Bunlar Ermənistan Respublikasına kömək göstərilməsi barədə qərarın layihəsidir. Sənəd yüksək hazırlıq vəziyyətindədir. Ümumilikdə, əlbəttə, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bu heç də sadə olmayan situasiyada Ermənistana köməklik göstərilməsinə dair kompleks tədbirlər razılaşdırılıb və müəyyənləşdirllib”.

Yerevanda aksiyaçılar Putinin gəlişini etirazla qarşılayıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

"Normal proses"

Zasın dediyinə görə, sənəd ümumilikdə tanınıb, amma onun bəzi müddəalarının işlənməsinə ehtiyac var.

Zas bildirib ki, sənəd bundan sonra imzalanmaq üçün KTMT-yə üzv dövlətlərin başçılarına təqdim olunacaq.

Zas əlavə edib ki, “KTMT Kolektiv Təhlükəsizlik Şurasının bəyannaməsi də yüksək hazırlıq vəziyyətindədir, amma bugünkü müzakirələrin nəticələrinə görə bu sənədə bir sıra redaktələr edilməlidir”.

KTMT baş katibi bunu “normal proses” adlandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, KTMT ölkələri başçılarının iclasında 15 qərar qəbul olunub, daha iki sənəd təkrar işlənməyə göndərilib.

Ermənistanın baş naziri Nikol Paşinyan (sağda) və Belarus prezidenti Alyaksandr Lukaşenka noyabrın 23-də Yerevandakı Dvin kompleksində
Ermənistanın baş naziri Nikol Paşinyan (sağda) və Belarus prezidenti Alyaksandr Lukaşenka noyabrın 23-də Yerevandakı Dvin kompleksində

Lukaşenka deyir ki, KTMT Ermənistanın iki düzəlişini qəbul etməyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində təşkilatda sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Alyaksandr Lukaşenka deyib ki, imzalanma üçün təqdim olunan sənədə Yerevanın iki düzəlişi qəbul olunmayıb.

Lukaşenka deyib:

“Biz qərara gəldik ki, bu iki bəndi qəbul etməyək və onların dərinliyinə varmayaq”.

Lakin Belarus prezidenti bu bəndlərin nədən ibarət olduğunu açıqlamayıb.

Lukaşenka: "Nikol Vovayeviç susur, deməli o da mənim dediyimlə razıdır"

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevan KTMT sammitindən habelə “Azərbaycanın təcavüzünə siyasi qiymət verilməsini” gözləyirdi.

Rəsmi Yerevan da sənədə hansı düzəlişləri təklif etdiyini açıqlamayıb.

Lukaşenka deyib:

“Amma biz ilk dəfə olaraq qərara gəldik ki...(və bu istiqmətdə konkret hərəkət vardı) razılığa gəlmək üçün mövqelərin uyğun gəldiyi məqamlar var. Və biz hamımız başa düşdük ki, bu münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Əgər biz bugün müzakirə etdiyimiz kimi hərəkət etsək, münaqişə qurtaracaq və sülh müqaviləsi imzalanacaq. Nikol Vovayeviç susur, deməli o da mənim dediyimlə razıdır”.

Paşinyan imzalamayıb?

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib.

Bunu Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.

Paşinyan KTMT-ni kəskin tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib.

KTMT-nin noyabrın 23-də Yerevanda keçirilən sammitində Paşinyan xatırladıb ki, onun ölkəsi bu ilin yanvarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev antihökumət iğtişaşları zamanı KTMT qoşunlarını köməyə çağırarkən bu çağırışa dəstək verib.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

KTMT-nin nüfuzuna zərbə

Paşinyan deyib:

"Ermənistan KTMT-dəki sədrliyini başa vurur. Bu ilin KTMT üçün ildönümü olmasına baxmayaraq, bu il Ermənistan üçün ildönümü olmayıb. Son iki ildə KTMT-yə üzv dövlət Azərbaycanın azı üç hücumuna məruz qalıb və yeri gəlmişkən, biz indiyədək KTMT-dən Azərbaycanın təcavüzünə hər hansı bir reaksiya almamışıq və bu, təşkilatın nüfuzuna böyük zərbədir”.

Noyabrın 23-də Ermənistanın vətəndaş cəmiyyətini və demokratik təsisatlarını təmsil edən yüzlərlə fəal Yerevanın mərkəzində ölkənin KTMT-dən dərhal çıxmasını tələb edən aksiya keçirib.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, nümayişçilərin arasında Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edənlər də var idi.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Qazaxıstanlı Taşmaqambetov KTMT sədri oldu

Yerevanda keçirilən sammitdə KTMT ölkələrinin liderləri – Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Belarus prezidenti Alyaksandr Lukaşenka, Qırğızıstan və Tacikistanın başçıları Sadır JaparovEmomali Rahmon və ev sahibi kimi baş nazir Paşinyan iştirak edirlkər.

Sammitdə elan olunub ki, KTMT-nin sədri kürsüsündə Belarus nümayəndəsi Stanislav Zası Qazaxıstan siyasətçisi İmanqali Taşmaqambetov əvəzləyəcək.

Keçmiş prezident Nursultan Nazarbayevin sadiq müttəfiqi kimi tanınan 65 yaşlı Taşmaqambetov Qazaxıstanın baş naziri, baş nazir müavini və Almatı meri vəzifələrində olub.

Onun sonuncu tutduğu rəsmi vəzifə Qazaxıstanın Rusiyadakı səfirliyi idi.

Putin sülh müqaviləsinin imzalanmasına ümid edir

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Yerevanda keçirilən sammitində deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ümid edir.

AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun”un yazdığına görə, o deyib ki, bugünkü görüşdə iki ölkə arasında münasibətlərin kompleks normallaşdırılması məsələsi müzakirə olunacaq:

“Şübhəsiz ki, bu, bizim diqqətimizi tələb edən kəskin məsələdir”.

Putin əlavə edib ki, Soçidə aparılmış üçtərəfli danışıqlar əsas məsələlərin həlli üçün yaxşı bünövrə olub.

Rusiya prezidentinin sözlərinə görə, Soçidə 2020 və 2021-ci ildə qəbul edilmiş üçtərəfli razılaşmalara ən yüksək səviyyədə sadiqlik ifadə olunub:

“Sərhədin delimitasiyasına, nəqliyyat kommunikasiyalarının açılmasına, humanitar problemlərin həllinə, Ermənistan və Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşdırılmasına yalnız bu razılaşmalara ardıcıl əməl etməklə nail olmaq olar. Ümid edirik ki, bu, son nəticədə Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcək”.

Bundan əvvəl xəbər verilmişdi ki, Yerevanda Putinlə baş nazir Nikol Paşinyan arasında ayrıca görüş nəzərdə tutulub.

Putin bildirib ki, KTMT-nin hərbi strukturu və buradakı nöqsanlar təşkilatın qapalı iclasında müzakirə olunacaq.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG