Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:25

Ukraynanın şərqində ağır döyüşlər getdiyi bildirilir


Nikolayev vilayəti
Nikolayev vilayəti

Ukrayna qüvvələri ölkənin şərqində Rusiyanın yeni hücumlarını dəf edirlər. Məlumatı dekabrın 6-da Ukrayna ordusunun Baş Qərargahı yayıb. Moskvanın raket zərbələrindən sonra elektrik enerji bərpası üzərində isə iş gedir.

Donetsk vilayətinin Baxmut və Avdiyevka ərazilərində Rusiya əsgərləri hücumları davam etdirir, 20-dək yaşayış məntəqəsi tank və artilleriya atəşinə tutulub.

Dörd nəfər həlak olub

Rəsmilər Ukraynanın enerji infrastrukturuna Rusiya zərbələrinin təhdid riskiylə bağlı xəbərdarlıq edir, bəzi vilayətlərdə elektrikin kəsilə biləcəyini bildirir.

Prezident Volodimir Zelenski gecə müraciətində deyib ki, Rusiyanın zərbələrindən dörd nəfər həlak olub. Ancaq “xalqımız heç vaxt təslim olmayacaq”, – Zelenski dekabrın 5-də axşam bildirib.

Paytaxt Kiyevi əhatələyən vilayətin yarısının bir neçə gün ərazində işıqsız qalacağı xəbər verilir. Bunu Kiyev vilayətinin qubernatoru deyib.

Dekabrın 5-də Ukraynada enerji infrastrukturuna raket zərbələri davam edib.

3 milyonadək əhalisi olan Kiyev şəhəri böyük ziyan görməsə də, onun yerləşdiyi vilayətə ağır ziyan dəyib. Kiyev vilayətində müharibəyədək 1.8 milyon əhalinin yaşadığı bildirilir.

Temperaturun 0-dan düşdüyü bir vaxtda...

Ukrenergo-nun başçısı Volodimir Kudritskinin sözlərinə görə, Moskva temperaturun sıfırdan aşağı olduğu günlərdə qəsdən zərbələr endirir.

“Sistemdə normal generasiyanı təmin etmək bir-iki gün çəkəcək”, – Kudritski Ukrayna televiziyasına söyləyib.

Raket zərbələri digər vilayətlərə də ziyan vurub, elektrik, su təchizatı kəsilib.

“Reuters” yazır ki, ABŞ Prezidenti Co Bayden (Joe Biden) administrasiyası dekabrın 8-də neft və qaz şirkətlərinin başçıları ilə virtual iclasda Vaşinqtonun Ukraynanın enerji infrastrukturuna necə dəstək verə biləcəyini müzakirə edəcək.

XS
SM
MD
LG