Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:36

​​​​​​​İranda Bəsic üzvünün ölümünə görə 5 nəfərə edam cəzası kəsilib


İranda ölkəni bürümüş etirazların əsnasında Bəsic qüvvələrinin bir üzvünün öldürülməsi ilə bağlı 5 nəfərə ölüm cəzası kəsilib.

AFP agentliyi yazır ki, bu barədə məlumatı İran ədliyyəsi dekabrın 6-da verib.

Ruhulla Əcəmian adlı bəsicinin ölümünə görə üç uşaq da daxil daha 11 nəfər uzunmüddətli həbsxana cəzalarına məhkum edilib.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Ədliyyə sözçüsü Məsud Sitayişi mətbuat konfransında deyib ki, hökmlərdən apellyasiya şikayəti verilə bilər.

Xəbərdə deyilir ki, sözü gedən 15 nəfər “Allaha qarşı müharibə” adlı ittihamla məhkum edilib.

Əcəmian noyabrın 3-də Kərəc şəhərində ölüb.

Prokurorlar deyirlər ki, 27 yaşlı Əcəmian aksiya zamanı öldürülmüş Hədis Nəcəfi adlı etirazçının qırx məclisinə gələnlər tərəfindən lüt soyundurulub və qətlə yetirilib.

Edam cəzası alanların sayı 11-ə çatıb

Bundan əvvəl noyabrın 12-də Ədliyyəyə bağılı Mizan saytı Əcəmianın ölümünə görə bir qadın da daxil 11 nəfərə qarşı ittiham irəli sürüldüyünü yazmışdı.

Lakin məhkəmə günü ittihamın 15 nəfəri əhatə etdiyi məlum olub.

Rəsmi Tehran dekabrın 5-də bildirib ki, etirazlar zamanı onlarca təhlükəsizlik əməkdaşı da daxil 300 nəfərdən çox ölən olub.

İnsan haqları qruparı bildirirlər ki, gənc kürd qadın Məhsa Əmininin polis məntəqəsinə ölümünə görə başlanmış etirazlarda 40 əcnəbi, məşhur aktyorlar, jurnalist və hüquq müdafiəçiləri də daxil daxil minlərlə şəxs saxlanıb və ya həbs edilib.

Beləliklə dekabrın 6-da ölkədə davam edən etirazlarla bağlı edam cəzasına məhkum edilənlərin sayı 11-ə çatıb.

XS
SM
MD
LG