Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Gürcüstanda 4 deputat parlamentdə aclığa başlayıb


Gürcüstan parlamentinin Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından olan deputatlar (Arxiv fotosu)
Gürcüstan parlamentinin Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından olan deputatlar (Arxiv fotosu)

Gürcüstan parlamentinin Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat (VMH) partiyasından dörd deputatı parlamentin foyesində, plenar iclasların keçirildiyi zalın qapısı ağzında müddətsiz aclıq aksiyasına başlayıb.

Onlar keçmiş prezidentin Tbilisidəki Vivamedi klinikasından Avropa klinikalarından birinə köçürülməsini tələb edirlər.

Dekabrın 15-də Saakaşvilinin özü də aclıq elan etmişdi, lakin az sonra Avropa Parlamentinin çağırışı ilə aclığı dayandırdı.

Aksiya keçirən deputatlar deyirlər ki, onlar Mixeil Saakaşvilinin əvəzinə öz sağlamlıqlarını qurban verməyə hazırdırlar.

Aclıq aksiyası keçirən 4 nəfərin arasında Saakaşvilini mühafizə xidmətinin keçmiş rəisi, general Timur Canaşiya və VMH-dən qadın deputat - Anna Tsidlidze də var.

Spikerin məsləhəti

Xəbər verilir ki, aclıq edən deputatlarla parlamentin hakim Gürcü arzusu partiyasından olan spikeri Şalva Papuaşvili görüşüb və onlara öz sağlamlıqlarını təhlükəyə məruz qoymamağı, etirazın başqa formalarından istifadə etməyi təklif edib.

Papuaşvili hakimiyyətə bu sayaq təzyiqin yolverilməz olduğunu deyib.

Ən yaxın günlərdə Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və onun ruhi və nevroloji xəstəliklərdən müalicə olunması üçün Avropaya göndərilməsi barədə qərar qəbul etməlidir.

Mixeil Saakaşvili Tbilisi məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilib.

O 2005-ci ildə müxalif deputat, biznesmen Valeri Gelaşvilini DİN xüsusi təyinatlılarına döydürməkdə ittiham olunurdu.

Saakaşvili ona qarşı bu ittihamları qətiyyətlə rədd etdiyini və cinayət işinin qondarma olduğunu bildirir.

XS
SM
MD
LG