Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:58

Zelenski: ABŞ-ın yardımı ‘xeyriyyə’ deyil


Volodimir Zelenski ABŞ Konqresində
Volodimir Zelenski ABŞ Konqresində

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ konqresmenlərini və bütün amerikalıları revanşist Rusiyaya qarşı müharibədə varlığını qoruyan ölkəsinə hərbi və maliyyə yardımını davam etdirməyə çağırıb. Müharibə dövründə ilk xarici səfərində ABŞ Konqresində çıxış edən Zelenski xəbərdarlıq edib ki, qələbədən başqa istənilən nəticə azad dünyaya, o cümlədən Birləşmiş Ştatlara təhdid yaradar.

Zelenski dekabrın 21-də Nümayəndələr Palatasında 25 dəqiqə çıxış edib. O, Ukraynanın daha yaxşı silahlanmış Rusiya ordusuna qalib gələ biləcəyini deyib. Ancaq qeyd edib ki, yekun qələbənin əldə olunması üçün ABŞ-ın hərbi və maliyyə dəstəyi “vacibdir”.

“Münaqişə dondurula bilməz”

Daha çox yardım istəyən Zelenski eyni zamanda Amerika xalqına və Konqresdəki hər iki partiyaya müraciət edərək deyib ki, müharibədə azadlıq və demokratiya dəyərlərinə risk yaranıb. O, Ukraynanın şərqindəki döyüşlərlə Amerika tarixindəki müharibələrlə paralellər aparıb.

Ukraynanın müdafiəsi “təkcə ukraynalıların həyatı, azadlığı və təhlükəsizliyi uğrunda deyil. Bu, ukraynalılar və amerikalılar üçün demokratiyanın olub-olmayacağını müəyyənləşdirəcək”, – həmişəki hərbi stildə geyinmiş Zelenski ingiliscə deyib.

Müharibə “dondurula, yaxud təxirə salına, gözardı oluna bilməz, ümid etmək olmaz ki, okean, yaxud başqa bir şey qorumanı təmin edəcək”.

Zelenskinin səfəri Konqresdə Ukraynaya 45 milyard dollarlıq əlavə hərbi yardım nəzərdə tutan layihəsinə səsvermə ərəfəsində baş tutur.

Demokratiyaya investisiya

Yanvarda palataya nəzarəti ələ alacaq Respublikaçı partiyasının bir çox üzvləri ABŞ iqtisadiyyatında problemlər, inflyasiyanın yüksək olduğu bir dönəmdə Ukraynaya nəhəng yardım qarşı çıxırlar. Demokrat partiyasının bəzi üzvləri isə hərbi yardımın Rusiyanı provokasiya edə biləcəyindən narahatdır.

Zelenski çıxışında həmin narahatlıqlara da toxunaraq deyib ki, ABŞ-ın yardımı “xeyriyyə” deyil, “qlobal təhlükəsizlik və demokratiyaya çox məsuliyyətlə idarə etdiyimiz investisiyadır”.

O həmçinin ABŞ-ın terrorçu ölkə elan etdiyi İranın bu müharibədə Rusiya ilə müttəfiqlik etdiyini, Moskvaya yüzlərlə kamikadze dronları satdığını vurğulayıb.

Zelenski çıxışında “amerikalılara bir neçə yolla müraciət etdi”, Kolumbiya Universitetinin Rusiya, Avrasiya və şərqi Avropa Araşdırmaları üzrə Harriman İnstitutunun professoru Eliz Culiano (Elise Giuliano) AzadlıqRadiosuna deyib.

“O bizim demokratiyanı, həmçinin öz təhlükəsizliyimizi qorumaq marağımıza toxunub”, – o vurğulayıb.

Rusiyalıların ən çox axışdığı ölkələrdən biri də Özbəkstandır
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Baydenin vədi

Rusiyanın işğalının 10-cu ayının tamam olduğu bir dönəmdə Vaşinqtona gedən Zelenski ABŞ Prezidenti Co Baydenlə (Joe Biden) yardımı və müharibənin gedişini müzakirə edib. O, hər iki partiyanın Konqresdəki liderləri ilə də danışıqlar aparıb.

“Ukrayna xalqının bir şeyi bilməsini istəyirəm ki, Amerika xalqı bu yolun hər bir pilləsində sizinlədir və sizinlə də olacağıq”, – Bayden vurğulayıb.

O, Ukraynaya yeni 1.85 milyard dollarlıq təhlükəsizlik yardımı paketini də açıqlayıb. Bu yardıma bir ədəd Patriot havadan müdafiə batareyası daxildir.

Patriot sistemi dərhal yerləşdirilməyəcək, ABŞ əsgərləri Ukrayna qüvvələrinə bu sistemdən istifadə və onun saxlanması üzrə təlim keçməlidir.

Ukrayna ABŞ-dan Abrahms tankları, ATACMS uzaqmənzilli raketləri, F-16 qırıcıları da istəyib, ancaq Bayden administrasiyası bu sistemlərin verilməsinə yaşıl işıq yandırmayıb.

XS
SM
MD
LG