Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:58

Təcridxana menyusu haqda: '300-400 qramlıq çörəyin 1/6-i…'


Həbsxanalarda rüşvət iddiası: Keçmiş məhbuslar durumu danışır
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Həbsxanalarda rüşvət iddiası: Keçmiş məhbuslar durumu danışır

Artıq 13 gündür Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində tutulan Müsavat üzvü Tofiq Yaqublunun qidalanma ilə bağlı problemlərinin olduğu bildirilir.

"Yeməklər o qədər keyfiyyətsizdir ki…"

T.Yaqublunun qızı Nigar Həzinin verdiyi məlumata görə, saxlanma məntəqəsində yemək keyfiyyətsizdir və evdən quru peçenyedən başqa heç bir sovqata icazə verilmir: "Ata səhhəti ilə bağlı müalicə alırdı, buna görə də normal qidalanması şərtdir. Ancaq həbsxanada bu, mümkün deyil. Yeməklər o qədər keyfiyyətsizdir ki, ata məcburən aparılan peçenye ilə qidalanmalı olur".

Onun fikrincə, müəssisə rəhbərliyi təcridxananı normal qida ilə təmin edə bilmirsə, sovqat qəbuluna qoyduqları məhdudiyyətləri aradan qaldırmalıdır.

A.Məmmədov
A.Məmmədov

"Makaron, ya da vermişel supu verirlər…"

Ötən ilin noyabrında inzibati qaydada həbs olunmuş və dekabrda azadlığa çıxmış Demokratiya 1918 (D18) Hərəkatının üzvü Afiəddin Məmmədov da saxlanma məntəqəsində yeməklə bağlı problemlərin olduğunu deyir. O, "Turan"a bildirib ki, qida rasionu çox zəifdir: "Səhər 300-400 qramlıq çörəyin 1/6-ni, 2-3 qram yağ və bir stəkan kəmşirin çay verirlər. Günorta yeməyində yenə də həmin çəkidə çörək və makaron, ya da vermişel supu verirlər, onun da keyfiyyəti çox aşağı səviyyədədir. Axşam yeməyində də çörək, makaron və ya vermişel, üstündə balaca toyuq budu və bir stəkan çay verirdilər. Yeməklərin keyfiyyəti çox aşağıdır".

Günlük xərc bəzi ölkələrlə müqayisədə azdır

Azərbaycanda saxlanan və həbs olunmuş şəxslərin qidalanması dövlət büdcəsi hesabına həyata keçirilir.

Avropa Şurasının hesabatına görə, Azərbaycanda saxlanan şəxs üçün günlük çəkilən xərc 6.7 avro, məhkum edilmiş hər bir nəfər üçün isə 5.9 avro təşkil edir. Bu da Avropa məkanında saxlanan və həbs olunan şəxslərə ən az çəkilən xərclərdəndir. Hollandiyada bu, 265, Norveçdə 318 avrodur. Qonşu Gürcüstanda həmin xərclərin məbləği 12.6 avro təşkil edir.

"Yemək hazırlandıqdan sonra…"

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Turan"a bildirilib ki, saxlanan şəxslərin qida rasionu qayda və normativlərə uyğun təşkil olunmaqla hazırlanır: "Evdən, kənar şəxslərdən onların sağlamlıq vəziyyəti nəzərə alınmaqla hər hansı qidanın saxlanma məntəqələrinə buraxılmasına icazə verilmir".

DİN-dən vurğulanıb ki, bütün qidalar, günün saatlarına uyğun olaraq, müvafiq sanitar-epidemioloji nəzarətdən keçməklə hazırlanır: "Yemək hazırlandıqdan sonra təkrar həkim nəzarətindən keçir və onun saxlanılan şəxslərə verilməsi təmin olunur".

B.Süleymanlı
B.Süleymanlı

"Bu, korrupsiya ilə bağlı ola bilər"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da AzadlıqRadiosuna deyib ki, həbs yerlərində qidalanma ilə bağlı standartlar mövcuddur: "Kifayət edəcək miqdarda məbləğ ayrılır və bu, Azərbaycanın qoşulduğu konvensiyalarla tənzimlənir. Qidalanma məsələsi gündəlik rasionuna uyğun müəyyənləşdirilir, beynəlxalq standartlara uyğun olmalıdır və həbs olunmuş, saxlanmış şəxslərin qidalanması üçün məhdudiyyətlər qoyula bilməz".

Onun sözlərinə görə, Azərbaycanda təcridxanalarda, cəzaçəkmə müəssisələrində və saxlanma yerlərində ərzaqla bağlı düzgün çatdırılmama elementləri var: "Bu, korrupsiya ilə bağlı ola bilər. Ona görə də davamlı olaraq monitorinqlər aparmaq lazımdır və dövlət bunu ciddi nəzarət altında almalıdır. Orada bəzən qidaların aşağı keyfiyyətdə olması, vitaminlərin az olması sonradan müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilir. Buna görə də həbsə düşən şəxslərin yaxınları onları qida ilə təmin edirlər".

Həbsxanalarda ərzaq niyə bahalanıb?
Gözlə

No media source currently available

0:00 0:03:04 0:00

Xatırlatma

T.Yaqublu ötən il dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

T.Yaqublu buna qədər müxtəlif ittihamlarla (iğtişaş yaratmaq, xuliqanlıq və s.) bir çox dəfə həbsdə olub. O, ittihamları qurama sayıb.

XS
SM
MD
LG