Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:49

Azərbaycana qoyun, keçi idxalı 65 faiz artıb, səbəblər...


'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

'Kredit versələr, lap 5 ailəni dolandıraram' (Arxiv. 2019)

Ötən il Azərbaycana diri qoyun və keçi idxalı 64 faiz artıb. 2022-ci ildə Azərbaycana 15 milyon 909 min dollarlıq 194 min 573 baş qoyun və keçi idxal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2021-ci illə müqayisədə həcm baxımından 64.6 (76 min 428 baş), məbləğə görə isə 43.65 faiz (4 milyon 833 min dollar) çoxdur.

2021-ci ildə ölkəyə 11 milyon 76 min dollarlıq 118 min 145 baş qoyun və keçi gətirilib. Onların idxal qiyməti 93.8 dollar təşkil edib. 2022-ci ildə isə 13 faiz ucuzlaşaraq 81.8 dollara enib.

Qoyunçuluq nədən idxaldan asılı vəziyyətə düşüb? İdxal qiymətində ucuzlaşma varsa, daxildə qoyun əti nədən son bir ildə 20 faiz bahalaşıb?

Nazirlik: "Məqsədlərimizdən biri…"

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, hazırda Azərbaycanda qoyunçuluq üzrə 14 genofond var və nazirlik onların sayının artırılmasına dəstək verir: "Azərbaycanda qısa müddətdə "Qala", "Qarabağ", "Qaradolaq", "Bozaq" kimi qoyun cinslərinin damazlıq özəyi yaradılaraq inkişafına dəstək verilib".

Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Əlavə olunduğuna görə, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna Avropadan "İl de Frans", "Suffolk", "Lakon", "Merino Landşaf", Tacikistandan isə "Hisar" qoyun cinsləri gətirilib: "Onlar fermalarda yerli qoyun cinsləri ilə çarpazlaşdırılaraq ilkin mələzlər əldə edilib. Məqsədlərimizdən biri həm südlük, həm də ətlik qoyunların yetişdirilməsidir".

Nazirlikdən vurğulanıb ki, qoyunçuluğun inkişafında mühüm amillərdən biri örüş sahələri ilə bağlıdır: "Hesab edirik ki, işğaldan azad edilmiş ərazilərdəki örüşlər hesabına biz qoyunçuluğun inkişafına nail ola biləcəyik".

Bildirilib ki, ötən il azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329 min 166 xırdabuynuzlu, 23 min 794 iribuynuzlu və 831 digər heyvanın (at, it, eşşək və s.) köçürülməsi təmin edilib.

V.Məhərrəmli
V.Məhərrəmli

"Örüş sahələri əkinə verildi"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda qoyunçuluqla bağlı vəziyyət ürəkaçan deyil: "Səbəbi odur ki, örüş sahələri əkinə verildi. Təxminən 400 min hektara yaxın örüş əraziləri əkinə verilib və artıq qoyunçuluqla məşğul olan sahibkarların imkanı yoxdur ki, heyvanları haradasa yemləsin".

Ekspertin sözlərinə görə, yem problemi olduğu üçün qoyunların sayı və məhsuldarlıq azalıb. "İki ilə yaxındır işğaldan azad olunmuş ərazilərdən istifadə edilir. Belə olan halda, niyə bizim kəndlilər problemlə qarşılaşsın?", - V.Məhərrəmli sual edir. "O ərazilərdə örüş sahələrinə o qədər də toxunulmayıb, baxmayaraq ki, orada da 100 min hektara yaxın ərazini artıq əkinə veriblər. O örüş sahələrinə qoyunların aparılmasının bir xeyri olsaydı, həm ölkədə ətin istehsalı artardı, həm də digər ölkələrdən ətin idxalına ehtiyac yaranmazdı".

İqtisadçının sözlərinə görə, ölkəyə qoyun əti dondurulmuş halda gətirilir və çox azdır: "Az olduğuna görə ölkədəki ətin qiymətinə heç bir təsir göstərmir".

XS
SM
MD
LG