Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:05

Kiyevdə rus dilinin meydanını daraldırlar


Kiyevdə rus dilinə etiraz plakatı
Kiyevdə rus dilinə etiraz plakatı

Kiyevin şəhər şurası Ukrayna paytaxtının ərazisində “rusdilli mədəniyyət məhsulundan” ictimai istifadəyə moratorium qoyub.

Kiyevdə rusdilli musiqidən, kitablardan, teatr və sirk tamaşalarından ictimai istifadəyə qadağan barədə qərara Kiyev şurasının 71 deputatı səs verib.

Kiyev Şurası təhsil, elm, gənclər və idman komissiyasının başçısı Vadim Vasilçuk deyib ki, paytaxt ərazisində rusdilli mədəniyyət məhsulundan istifadə “Ukrayna informasiya məkanının təcavüzkar ölkənin hibrid təsirlərindən qorumaq” məqsədilə qadağan olunub:

"Bu qərar mədəniyyət sahəsində fəaliyyətin ortaya çıxardığı rusdilli məhsul və xidmətlərdən istifadəni qadağan edir. Söhbət kitablardan, bədii albomlardan, musiqi səs yazılarından, bədii sənətkarlıq nümunələrindən, teatr və sirk tamaşalarından, konsert və mədəni təhsil xidmətlərindən gedir. Rus dili təcavüzkar ölkənin dilidir və ona bizim paytaxtımızın ürəyində yer yoxdur”.

Rusiya və SSRİ ilə bağlı bütün obyektlər

Vasilçuk əlavə edib ki, qadağan habelə bədii, tarixi, etnoqrafik və elmi əhəmiyyəti olan və saxlanması Ukrayna qanunları ilə lazım bilinən maddi və mənəvi mədəniyyət obyektlərinə şamil edilir.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsi başlanandan bəri Ukrayna hakimiyyəti paytaxtda Rusiya və SSRİ ilə bağlı obyektlərin adlarının dəyişdirilməsini intensivləşdirib.

2023-cü ilin aprelində Kiyev şəhər hakimiyyəti Rusiya səfirliyi ilə torpağın icarəsinə dair müqaviləni ləğv edib və əmlakın Ukrayna dövlətinə qaytarılması tələbini qoyub.

Rusiyanın Ukraynadakı səfirliyi Moskvanın təcavüzü başlanan gündən – 2022-ci ilin 24 fevralından fəaliyyətini dayandırıb.

XS
SM
MD
LG