Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:50

HRW Qubad İbadoğlunu dərhal azadlığa buraxmağa çağırır


Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?

“Human Rights Watch” insan haqları təşkilatı tanınmış siyasətçi və alim Qubad İbadoğluya “şübhəli ittihamlar”ı ləğv etməyə çağırır.

Qubadoğlu barəsində iyulun 24-də saxta pul hazırlama, əldə etmə, yaxud satmaq ittihamı üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib. İbadoğlu ittihamları rədd edir.

Saxlanma zamanı polis Qubadoğlu və həyat yoldaşı ilə pis rəftar edib. Hakimiyyət ona qarşı ittihamları ləğv edərək onu azad etməlidir, qurum iyulun 25-də yaydığı bəyanatda deyir.

“İbadoğlunun həbsi Azərbaycanda uzun müddətdir hökumətin tənqidçilərinə qarşı şübhəli ittihamların irəli sürülməsi praktikasına uyğundur”, – qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib.

“Bu cür saxta ittihamlar yalnız bir məqsədə xidmət edir – ölkədə müxalifəti və tənqidi səsləri susdurmağa. O, dərhal azad olmalıdır”, – Goqia vurğulayıb.

Londonda yaradılan təhsil fondu

“Human Rights Watch” bəyanatında Qubadoğlunun bu ilin iyununda Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu yaratmasına diqqət çəkir. O, “Facebook”da yazıb ki, fond ianələr və korrupsioner elitanın xaricdə müsadirə olunmuş aktivləri vasitəsilə maliyyələşdiriləcək.

Bu fond məsələsi hökumətyönlü mediada qarayaxma kampaniyasının hədəfinə çevrilib.

İbadoğlunun İqtisadi Tədqiqatlar Mərkəzi 2014-cü ildə qapadılıb, bank hesabları dondurulub. O vaxtdan iqtisadçı xaricdə yaşayıb, bir sıra aparıcı universitetlərdə dərs deyib.

Qubad İbadoğu İlham Əliyevin sifarişi ilə saxlandığını deyir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

“Human Rights Watch” qeyd edir ki, məhkəmənin siyasətçi barədə həbs qətimkan tədbiri seçməsi, bu zaman cinayətin ağırlığını əsas gətirməsi Avropa İnsan Haqları Konvensiyasına ziddir. Məhkəmələr həbsi yalnız sonuncu tədbir kimi seçməlidir, bu zaman təqsirləndirilənə aid xüsusi faktlara və şəxsi şəraitə əsaslanmalıdır.

“Hakimiyyət İbadoğlunu dərhal azad etməli, ona qarşı şübhəli ittihamları ləğv etməlidir. O həbsdə qaldığı müddətdə dərmanları, mümkün ən yüksək standart müalicə ilə təmin olunmalıdır”, – Gogia deyib.

İbadoğlunun ailə üzvləri onun səhhətində problemlər olduğunu bildirirlər.

XS
SM
MD
LG