Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:34

Bank Melli İranın Bakı filialında nöqsanlar aşkarlandığı deyilir


Bank Melli İran - arxiv
Bank Melli İran - arxiv

Bank Melli İranın Bakı filialının fəaliyyətində bəzi nöqsanlar aşkarlandığı bildirilir.

"Turan" Agentliyinin xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov iyulun 26-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AMB-nın apardığı yoxlama zamanı aşkarlanan nöqsanlara görə əməliyyatlar məhdudlaşdırılıb.

Lakin AMB sədri qeyd edib ki, bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır deyə, onun bağlanması nəzərdə tutulmur: "Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra bank fəaliyyətini davam etdirə bilər".

Bu açıqlamaya, hələlik, sözü gedən bankın məsul şəxslərindən münasibət almaq mümkün olmayıb.

Bank Melli İranın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.

Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. 2023-cü ilin əvvəlinə filialın aktivlərinin həcmi 97 milyon 617 min manat olub.

Filialın fəaliyyəti bu ilin may ayından məhdudlaşdırılıb. Tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

XS
SM
MD
LG