Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:28

Paşinyan təhlükəsizliyin yalnız Rusiyadan asılı olmasını 'strateji səhv' adlandırır


Ermənistan baş naziri deyib ki, Ermənistanın təhlükəsizliyinin sadəcə Rusiyadan asılı olması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva təhlükəsizlikliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Nikol Paşinyan bu sözləri sentyabrın 3-də, İtaliyanın "La Repubblica" məcmuasına verdiyi müsahibəsində deyib.

Ermənistan - Rusiya münasibətləri

Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazdakı rolundan da danışıb. Onun sözlərinə görə, Rusiya regionu tərk etmək mərhələsindədir.

Ermənistan baş naziri Rusiyanın öz atdığı və ya atmadığı addımlara görə Cənubi Qafqazı tərk edəcəyini deyir:

"Rusiya artıq uzun müddətdir ki, Cənubi Qafqazdadır. Ancaq biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Qafqazı tərk edib. Məsələn, indi bir çox rusiyalı tərəfdaşlarımız qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökümətini Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar...."

Paşinyan Rusiyanın regiondan getmək mərhələsində olduğunu deyir.

"Ancaq rusiyalı tərəfdaşlarımızla danışanda öz fikrimiz səsləndiririk ki, Rusiya öz atdığı və ya atmadığı addımlara görə regiondan gedir. Hansı səbəblərdən olduğunu isə bilmirik...." - o söyləyib.

Hələlik, Rusiya rəsmiləri Ermənistan baş nazirinin bu açıqlamaları haqda münasibət bildirməyib.

Laçın dəhlizi

Ermənistanın baş naziri müsahibəsində Laçın dəhlizi haqda da danışıb:

"...Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır ancaq həmin dəhliz sülhməramlıların nəzarətində deyil. Niyə? Bunun iki səbəbi ola bilər: ya Rusiya bunu bacarmır ya da Laçın dəhlizində nəzarəti saxlamaq istəmir. Bizim üçün hər iki səbəb də problemlidir..." - Paşinyan deyib.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

'İlham Əliyev Xankəndində də dəmir qaydalar qoymaq istəyir'
Gözlə

No media source currently available

0:00 0:08:17 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bununla belə bölgədə tez-tez atəşkəs pozuntusuna aid xəbərlər yayılır və buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG