Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:04

Rumıniya ərazisində tapılan qalıqları analiz edir, əgər Rusiya dronu olarsa...


Rumıniya, İzmail
Rumıniya, İzmail

Hissələrin Rusiya dronuna aid olması təsdiqlənərsə, bu hadisə ciddi pozuntu hesab olunacaq

Rumıniya ehtimal edir ki, tapılan hissələr Rusiya PUA-sınındır. Bu barədə Reuters agentliyi yazır.

Agentlik bildirir ki, Rumıniyanın müdafiə naziri Anhel Tilvar (Angel Tilvar) ölkə ərazisində tapılan qalıqların Rusiyanın pilotus təyyarəsinin hissələri olma ehtimalı olduğunu deyib. O, bunu sentyabrın 6- da bildirib.

Sentyabrın 4-də Ukrayna rəsmiləri Rusiyanın pilotsuz uçuş aparatının NATO ölkəsi olan Rumıniya ərazisinə düşdüyünü iddia etsə də, Rumıniya rəsmiləri bunu inkar edirdi.

Tapılan hissələrin analizə göndərildiyi bildirilir.

Rumıniya prezidenti Klaus İohannis (Klaus Iohannis) isə deyib ki, hissələrin Rusiya dronuna aid olması təsdiqlənərsə, bu hadisə ciddi pozuntu hesab olunacaq.

Nə baş verib?

Sentyabrın 4-nə keçən gecə rus qoşunları növbəti dəfə Odessaya hücum ediblər.

AzadlıqRadiosunun Ukrayna xidməti yazır ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, kamikadze pilotsuz təyyarələrin bir neçə saatlıq hücumu nəticəsində Dunay bölgəsinin mülki infrastrukturuna, İzmail rayonunun bir neçə yaşayış məntəqəsinin anbar və istehsalat binalarına, kənd təsərrüfatı maşınlarına və sənaye müəssisələrinin avadanlıqlarına ziyan dəyib.

Bildirilir ki, elə həmin dronlardan biri Rumıniya ərazisinə düşüb. Rəsmi Moskva bu hadisəni şərh etməyib.

XS
SM
MD
LG