Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:06

Yaponiya evakuasiya zonasını genişləndirmək fikrində deyil


Yaponiya hökuməti, qəzalı vəziyyətdə olan Fukusimo-Dayiçi stansiyası ətrafındakı evakuasiya zonasını genişləndirmək fikrində deyil.

İndiyədək stansiyanın 20 kilometrliyindən bütün sakinlər köçürülsə də Beynəlxalq Atom
Enerjisi Agentliyi şüalanma təhlükəsinin 40 kilometrlikdəki kəndə çatdığını deyir.

Amma Yaponiya hökumətinin sözçüsü Yukio Edano bildirib ki, hələlik təhlükəsizlik zonasını genişləndirməyə ehtiyac yoxdur.

Bu arada həmçinin dəniz suyunda da çirklənmənin artığı xəbər verilir.

Martın 11-də Yaponiyada baş vermiş 9 ballıq zəlzələdən sonra Fukusimo-Dayiçi stansiyasında qəza baş verib.
XS
SM
MD
LG