Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:12

Mətləb Muxtarov. Şizofreniya (3-cü bənd)















Şizofreniya (3-cü bənd)


Şəhər dəlixanasının,
3 nömrəli palatasında,
əlində xətkeş,
Nikolay Kopernik yatır.
Ondan sağda kimsə,
incə ingilis əlləriylə almanı,
göyə atır,
tutur.
Kopernik öz yerində,
30 sm-lik xətkeş sağ əlində,
sol əlində dünyanı alma kimi,
atır-tutur.
Rodriqonun ifası ilə,
oynuyur alma,
dünya.
Mən daxil,
bütün solçular yanında.
Birdən
İncə ingilis əlli sarışın,
tuta bilmir almanı,
başına düşdükdən sonra,
kəşf edir dünyanı.
Kəşf edir ki,
insan xoşbəxtliyi toyxanada,
tanımadığı qohumların sırasında.
Kəşf edir ki,
insan azadlığı çayxanada.
Məğlubiyyət sevməyən kişilərin arasında
Bütün bunlar baş verirdi,
Şəhər dəlixanasının,
3 nömrəli palatasında...


Şizofreniya (9.000.000-cu bend)

1918-ci ilin payızında,
Kompeyn meşəsində,
dedim, atəşkəs!!!
Və verdim torpaqları.
Hələ də xatırlayıram,
Hitlerin gözlərini.
Öldürmək istəyirdi,
alçaqları,
və məni.
Qırıq-qırıq sözlərini.
Ağlayaraq dizlərini,
yerə qoyub almanca,
mənə...
Bir-iki söyüş.
Quruyardı əlim.
Hələ balacasan, mənim Hitlerim.
bilirəm nə vaxtsa,
öldürüb məni.
Yox edəcəksən atəşkəsi.
İnsanların ağlayan səsi,
yeni Motsart simfoniyası.
Bir milyondan çoxdur,
xor ifaçisi.
Və doqquz milyon bəstəkar.
Hamısı lal,
hamısı kar.
Çıxsa bir Prinsip
öldürsə vəliəhdi.
Pozulacaq atəşkəs öhdəliyi,
sevgi əhdi.
Hələ də xatırlayıram səni...


Sonuncu Sehrbaz

Sonuncu sehrbazı öldürdülər dünən.
Yəqin ki sabah ağlayacam.
Axi mənə pul verirdi hərdən,
Universitetə yol pulu...
Sonuncu verdiyi qəpiyi saxlayacam.
Üstündə onun əl izlərinin nəfəsi var.
Sehrli nəfəs ....
Sonuncu sehrbazı öldürdülər dünən.
Cəsədini yandıracaqlar,
son vəsiyyəti...
Külünü basdıracaqlar,
dənizin ləpədöyənində.
Sudan qorxduğu üçün.
Ölüm qorxunu yox edirmiş.
Sonuncu sehrbazı öldürdülər dünən.
Nə üçün?
Heç kəs bu sualı vermirdi.
Hamı sevinirdi daxilən.
Nə üçün?
Kişilər qadınlarda göz yaşı görmürdü.
Ilk dəfə...
Sonuncu sehrbazı öldürdülər dünən.
Binamızın nəşə qoxulu tinində.
Ilk dəfə ah çəkən yerdə,
siqaret əvəzi.
Içinə çəkərkən qəm nəfəsi,
Öldürdülər onu...
Sonuncu sehrbazı öldürdülər dünən.
Qulağımdan çıxardırdı ehtiyac kağızı.
Mənsə ehtiyac oğrusu.
Ilk oyuncağımı hədiyyə edən kəs.
Ağ siqaret qutusu.
Tüstülü nəfəs...
Sonuncu sehrbazı öldürdülər dünən.
Mən idim onu öldürən kəs.
Babam ağlayaraq söyləyirdi:
“daha dərsə getməyə dəyməz,
“sənin” sehrbazını öldürdülər”


Möcüzələr

Avtobusda,
Basa-basda,
Qara ayaqqabım tapdalanıb, qaralanda.
Qürubcağı günəş ağaranda.
Rüşvət alan yerdə tutulan məmur,
utandığından qızaranda.
Qarabağ hirslənib Xəzərə tərəf qabaranda.
Mən möcüzələrə inanacam.
İnsan olduğumu danacam.
Yuxudan oyanacam.
İnanacam,inanacam.
Söz verirəm.
Utandığımdan hər gün ölürəm
Sonra dirilirəm.
Bu şerimidə zonalara bölürəm...
Şimal,cənub, şərq,qərb...
Otağımdan qaçqın düşmüşəm.
Kitablarımla hər gecə öpüşmüşəm
Məni sevsinslər deyə,
Mən Allaha inanıram.
O da göyə,
Göydə yerə.
Bütün zamanları həbs etmək isteyirəm,
xəyalıma.
Güvənmək istəyirəm daydayıma, dalıma.
Dayım öləndən sonra,
Təpik vurub dalıma,
Deyəcəklər :”Tüpürüm sənin dayına''
İstəyirəm dostum olsun mavilər,
Sevgilim olsun lesbilər.
Onlarla bir yerdə,
Qarabağı alaq.
Erməni kişisinə bir şapalaq,
Lesbi şilləsi,
Mavi gülləsi.
Mavilər öləndə şəhid sayilmır.
Axirət günündə onlar ayılmır.
Elə hey yatacaqlar bizlər kimi,
Mən artıq möcüzələrə inanıram,
İnsan olduğumu danıram!!!
Sizlər kimi...
Bizlər kimi...
Bizlər kimi...
XS
SM
MD
LG