Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:04

Ermənistanda kolxozlar bərpa olunur?


Kənd Təsərrüfatı naziri Serqo Karapetyan
Kənd Təsərrüfatı naziri Serqo Karapetyan
Ermənistanın torpaq ehtiyatı çox deyil. Ölkə ərazisinin 46.6%-i kənd təsərrüfatı üçün yararlıdır, onun da 90%-i dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşir.

Bu vaxtacan ümumi daxili məhsulun 98%-dən çoxu özəl sektorun payına düşür. Hazırda aqrar təsərrüfat sahəsinə 338 mindən artıq kəndli təsərrüfatı cəlb olunub. Məhz əsas torpaq istifadəçiləri onlardır.

Kənd Təsərrüfatı naziri Serqo Karapetyan hesab edir ki, Ermənistanda bu sahəni fermer təsərrüfatları və torpaqların birləşdirilməsi yolu ilə inkişaf etdirmək olar:

«Kənd təsərrüfatının inkişafı torpaqların birləşdirilməsi və fermer təsərrüfatındadır. Müvafiq PROQRAM ƏSASƏN HEYVANDARLIĞIN İNKİŞAFINA YÖNƏLİB və birləşmiş fermer təsərrüfatlarında həyata keçiriləcək».

Ancaq bu, o demək deyil ki, kəndli təsərrüfatları mütləq surətdə birləşməli və əvvəlki kolxozları xatırlatmalıdır:

«Torpaqların və kəndli təsərrüfatların birləşməsi məcburi deyil, könüllülük əsasında həyata keçirilməlidir».

Gələcəkdə Dünya Bankı ilə 2011-2015-ci illəri əhatə edən «İcmaların kənd təsərrüfatı resurslarının idarə edilməsi və onların rəqabət qabiliyyətliyi» adlı proqramın reallaşdırılması planlaşdırılır.

Həmçinin, Ukrayna və Rusiyadan da 2 min ton yüksək keyfiyyətli reproduktiv arpa toxumlarının idxalı nəzərdə tutulur. Toxumlar 3 min kvadrat metrdən böyük torpaq sahəsi olan kəndli təsərrüfatlarına, özü də pulsuz veriləcək.

Ermənistan buğdaya olan öz daxili tələbatının yalnız 30%-ini ödəyir
Payızda məhsul əldə edəndə, fermer birin-birə nisbətində toxumları qaytarmalıdır. Artıq bu proqramda iştirak etmək üçün 14 min kəndli təsərrüfatı ərizə ilə müraciət edib.

«ÖTƏN İL BUĞDA SƏPİNİ ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YOX İDİ, QURAQLIQ MANE OLDU. Nə isə səpdik, qalanı qaldı. İndi ümidlərimizi arpa əkininə bağlamışıq ki, çox səpib, çox yığaq».

Bununla belə, kəndlilər deyir ki, yalnız torpaq və toxum yaxşı məhsuldarlıq üçün kifayət etmir. Texniki şərtlər də vacibdir:

«Artıq 22 ildir ki, bizə bu torpaqlar verilib. Ancaq torpaqdan istifadə etməmişik, çünki traktor, kombayn, texnika yoxdur. Texnikanın nə zaman olacağı da məlum deyil. 22 ildir torpağın vergisini veririk, ancaq xeyrini görmürük».

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2010-cu ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı məhsullarının ümumi həcmi 596.7 mlrd dram olub. Bu, ötən ilkindən 15 faiz azdır.

Ötən il Ermənistanda 280 min ton buğda istehsal olunub. Bu il ərzaq buğdasına tələbat 650-720 min tondur. Ancaq Ermənistan öz daxili tələbatının yalnız 30%-ini ödəyir.

Hökumət 2011-ci ildə kənd təsərrüfatının inkişafını prioritet məsələlərin siyahısına daxil edib.
XS
SM
MD
LG