Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:38

Umberto Eko öz romanlarını necə yazır?


Umberto Eco
Umberto Eco
79 yaşlı Eko özünə niyə “gənc romançı” deyir?..

“Gənc romançının etirafları” adlanan və ingiliscə çap edilən yeni kitabında dünya şöhrətli italyan yazıçısı yarızarafat-yarıgerçək bunun səbəbini belə izah edir:

“Beləliklə, mən özünü çox gənc və şübhəsiz ki perspektivli romançı sayıram.

İndiyəcən cəmi beş romanın çap edilib və yaxın əlli ildə bir çox yeni romanlarım da işıq üzü görəcək”.

Amma o da var ki... ilk romanı olan və ona dünya şöhrəti gətirən “Qızılgülün adı” çap olunanda Ekonun 48 yaşı vardı...

Ekonun yeni kitabı onun 2008-ci ildə ədəbiyyat nəzəriyyəsindən dediyi mühazirələrə əsaslanır.

Bu mühazirələrdə o, romanlarını necə yazması, bədii əsərlərlə publisistikanın sərhədinin haradan keçməsi haqda danışır.

Onun fikrincə, yaxşı əsər həm adi oxucu, həm də dərin yazıları xoşlayan incə zövqlü oxucu üçün maraqlı olmalıdır.

Bu cür iki dünya üçün nəzərdə tutulan əsərlər real olanın və bədii təxəyyülün məhsulu olanın qarışığından ibarət olan “yazı məhlulu”dur.

Yazıçı belə sintez üçün zaman, məkan, hadisə və obrazları necə seçdiyini anladır.

Həm də filosof, tarixçi, dilçi olan Ekonun ən məşhur romanı “Qızılgülün adı” maraqlı quruluşa malikdir.

Bu həm bir italyan monastrında baş vermiş silsilə qətllərin açılması haqda birnəfəsə oxunan detektiv janrda romandır.

Həm orta əsrlərdə xristian ruhanilərinin həyatını, monastrın timsalında Avropa memarlığının incəliklərini, katolik kilsəsini islah etmək istəyən və ona qarşı çıxan təriqətlərin üzvlərinin yaşayışını detallarına qədər təsvir edən gözoxşayan mozaikadır.

Həm də Avropa sivilizasiyasının, xristianlığın köklü problemlərindən bəhs edir.

Həmçinin oxu
Umberto Eko – Berluskonini Hitlerlə müqayisə etdi

Umberto Eko "WikiLeaks" haqda nə yazır?
XS
SM
MD
LG