Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:28

Abel Məhərrəmov: «Bu tələbələrin hər ikisi çoxdan qovulmalı idi»


Abel Məhərrəmov
Abel Məhərrəmov
«Akademik borcların ləğvi təsadüfən mart ayının sonunda başa çatdı. Təqdimatların alınması aprelin əvvəlinə təsadüf etdi. Bunların üst-üstə düşməsi də bizə qane etmir. Amma bu tələbələrin hər ikisi çoxdan universitetdən qovulmalı idilər».

Bunu aprelin 15-də jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.

Aprelin 5-də KXCP-nın üzvü, BDU-nun Tarix fakültəsinin üçüncü kurs tələbəsi Cavid Mehrəliyev və aprelin 6-da Müsavat Gənclər Təşkilatının sədri, BDU-nun Jurnalistika fakültəsinin magistr pilləsi üzrə ikinci kurs tələbəsi Tural Abbaslı universitetdən xaric olunub.

A. Məhərrəmov deyir ki, bunun iki tələbənin mitinqdə iştirakı ilə heç bir bağlılığı yoxdur. O xatırladıb ki, son vaxtlar BDU-dan 119 tələbə qovulub.

«Tural Abbaslı ümumiyyətlə, dərslərə gəlmirdi. Ötən il bununla bağlı özüm onu qəbul elədim, bir dəfə ona güzəştə getdik. Halbuki, magistr təhsil pilləsində heç bir güzəştdən, dərsdən qalmalardan söhbət getməməlidir. Amma Tural yenə də dərslərə gəlmirdi, hətta onun üç akademik borcu da var idi. Bundan başqa, Tural hər dəfə imtahanlara girəndə müəllimlərlə mübahisə edirdi, sonda onun hərəkətləri protokol yazılması ilə nəticələnirdi».

C. Mehrəliyev isə Boloniya sisteminə əsasən, ümumi dərslərin 30 faizində iştirak etməyib. Rektor deyir ki, Cavidin universitetdən xaric olunması üçün həm də üç akademik kəsiri var idi.

A. Məhərrəmov AXCP sədrinin müavini, BDU-nun müəllimi İbrahim Vəliyevin universitetdən xaric edilib-edilməyəcəyinə də münasibət bildirib:

«İbrahim Vəliyev partiyadan istefa verib və bunun da bir nüsxəsini mənə göndərib. Hazırda o, fəaliyyətini davam etdirir və ən yaxşı müəllimlərimizdən də biri hesab olunur».
XS
SM
MD
LG