Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:37

Türkiyənin «Şahdəniz»dəki qazını bir illiyə Azərbaycan və Gürcüstan alacaq


Tbilisi «Şahdəniz»dən 1.5 milyard kubmetr qaz almaq istəyir
Tbilisi «Şahdəniz»dən 1.5 milyard kubmetr qaz almaq istəyir
Türkiyə Azərbaycanın «Şahdəniz» yatağından 2007-ci il ərzində alacağı qazın Bakı ilə Tbilisi arasında bölünməsinə razılaşıb.

Dekabrın 8-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan energetika nazirlərinin görüşündə bu haqda razılıq əldə edilib. Gürcüstanın energetika naziri Nika Gilauri deyir ki, hələlik Türkiyənin bir illik payının Azərbaycanla Gürcüstan arasında necə bölüşdürüləcəyi bəlli deyil. Bunun üçün ayrıca müzakirələr keçiriləcək.


Rusiyanın gələn il Azərbaycana verəcəyi qazı 4.5 milyard kubmetrdən 1.5 milyard kubmetrə qədər azaldacağını, qazın hər min kubmetrinin qiymətini isə 110 dollardan 230 dollara qaldıracağını bildirməsindən sonra Azərbaycan «Şahdəniz» qazından Türkiyəyə çatacaq payı istəmişdi. Öncəki razılaşmalara görə, Azərbaycan 2007-ci ildə Bakı-Ərzurum kəməri ilə Türkiyəyə hər min kubmetri 120 dollardan 3 milyard kubmetr qaz verməli idi.


Dekabrın 8-də Tbilisidə əldə edilən razılığa əsasən, bir illiyə həmin qaz Azərbaycanla Gürcüstan arasında bölünəcək. Hələlik bölgünün necə aparılacağı bəlli olmasa da, Tbilisi Rusiya qazından imtina edəndən sonra Azərbaycanla Türkiyəyə müraciət edərək 1.5 milyard kubmetr qaz almaq istədiyini bildirib.


Azərbaycanın özünün isə hələlik kənardan alınan qaza illik ehtiyacı 4.5 milyard kub metrdir.


XS
SM
MD
LG