Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:35

Milli Məclisdə dava düşdü


Qalmaqaldan sonra Milli Məclis hökumətin hesabatının müzakirəsini davam etdirir
Qalmaqaldan sonra Milli Məclis hökumətin hesabatının müzakirəsini davam etdirir

Martın 16-da Milli Məclisin iclasında qalmaqal düşdü. Baş nazir Artur Rasizadə hökumətin hesabatının təqdim etdi. Ondan sonra müzakirələr başladı.


Bitərəf deputat Hüseyn Abdullayev bu hesabatı qəbul etmədiyini bildirdi: «Baş nazir, Nazirlər Kabineti deputatları ələ salırlar. Bizim sorğularımıza cavab vermirlər, sonra isə gəlib parlamentdə belə hesabat verirlər. Bu təhqirdir, deputatları ələ salmaqdır».


Hüseyn Abdullayev danışan zaman mikrofonu kəsildi və buradan da qalmaqal başladı. Bu zaman deputat yerindən danışmağa başladı, onun dediklərini Müsavat deputat qrupundan Pənah Hüseyn dəstəklədi. Deputatların bəziləri isə gülməyə başladıqda, Hüseyn Abdullayev dedi: «Elə güldüyünüzə görə də bu vəziyyətə düşmüsünüz».


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ona cavab verdi. Bu zaman hər iki deputat bir-birinə yaxınlaşdı və dava düşdü. Hüseyn Abdullayev Fəzail Ağamalıya yumruq vurdu və o yerə yıxıldı. Digər millət vəkilləri onları sakitləşdirdilər. Hüseyn Abdullayevi zaldan bayıra çıxarıblar.


Fəzail Ağamalı deyib ki, məsələ İntizam Komissiyasında araşdırılmalıdır. Spiker Oqtay Əsədov da məsələnin komissiyada araşdırılacağını dedi.


Hazırda parlamentin iclası hökumətin hesabatı ilə davam edir.


XS
SM
MD
LG