Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:33

Fəzail Ağamalı Hüseyn Abdullayevlə barışa bilər


Hüseyn Abdullayev martın 16-da həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa olub
Hüseyn Abdullayev martın 16-da həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa olub

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deputat həmkarı Hüseyn Abdullayevi bağışlayacağını istisna etməyib. Cənab Ağamalı «Azadlıq» radiosuna bildirib ki, o, istintaqın başa çatmasından sonra belə addım ata bilər.


Fəzail Ağamalı martın 29-da Respublika Prokurorluğu Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Millət vəkili iki həftə öncə parlamentdə aralarında münaqişə olmuş həmkarı Hüseyn Abdullayevlə bağlı ifadə verdiyini, istintaqın dəqiqləşdirmələr apardığını deyib.


Cənab Ağamalı bu arada onun həbs olunması və ya haqqında cinayət işinin qaldırılması ilə bağlı bilərəkdən məlumatlar yayıldığını və bundan narahat olmadığını söyləyib.


Hüseyn Abdullayev martın 16-da, hökumətin parlamentə hesabatı zamanı həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlbəyaxa olub. Martın 19-da isə parlament Hüseyn Abdullayevin toxunulmazlıq hüququnu ləğv edib. Onun barəsində Cinayət Məcəlləsinin döymə və xuliqanlıq maddələri ilə cinayət işi açılıb, barəsində iki ay həbs-qətimkan tədbiri seçilib.


Bu arada Hüseyn Abdullayevin anası prezident İlham Əliyevə müraciət edərək oğlunun bağışlanmasını istəyib.


XS
SM
MD
LG