Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:39

«Qazanan Kayseri vilayəti olacaq»


Çakmakoğlu MHP-nin «ağır toplarından» sayılır.
Çakmakoğlu MHP-nin «ağır toplarından» sayılır.

Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident postuna öz namizədini irəli sürüb. Bu, MHP sədrinin müavini, Kayseridən olan millət vəkili Səbahəddin Çakmakoğludur.


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Köksal Topdan deyir ki, «burada qazanan Kayseri vilayəti olacaq, çünki digər namizəd - Abdulla Gül də kayserilidir».


İstanbul millət vəkili Atilla Kaya Səbahəddin Çakmakoğlunu MHP-nin «ağır artilleriyası» sayır:


«O, Daxili İşlər naziri, Milli Müdafiə naziri olmuş, dövlətin ənənələrini bilən, illərcə dövlətə xidmət etmiş bir insandır».


77 yaşlı Səbahəddin Çakmakoğlu ən çox dövlət təcrübəsi olan millət vəkillərindən biridir. Baş Polis İdarəsinin rəisi, Daxili İşlər naziri vəzifələrində çalışıb, 1999-2002-ci illərdə isə Bülənt Ecevitin Baş nazir olduğu koalisiya hökumətində Milli Müdafiə naziri idi.


Parlamentdə Türkiyə prezidentinin seçkisi avqustun 20-də keçiriləcək.


XS
SM
MD
LG