Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Fərhad Əliyev vəkillərindən imtina edib


Fərhad Əliyev məhkəmə işini işıqlandıran telekanalların nümayəndələrini də tənqid edib
Fərhad Əliyev məhkəmə işini işıqlandıran telekanalların nümayəndələrini də tənqid edib

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev avqustun 28-də keçirilən məhkəmə iclasında vəkilləri Əlimərdan Sadıqov, Ramiz Məmmədov, Elton Quliyev və İsaxan Aşurovun vəkil xidmətindən imtina edib. Fərhad Əliyev bunu özünün və vəkillərinin hələ də cinayət işində olan ekspert rəyləri ilə tanış olmalarına məhkəmə tərəfindən şərait yaradılmaması ilə əlaqələndirib. Sabiq nazir bildirib ki, məhkəmə iclası 3 aya yaxın davam etməsinə baxmayaraq, nə o, nə də vəkilləri İqtisadi İnkişaf Nazirliyində aparılmış ekspertizaların nəticələri ilə tanış deyil.


«Trend» xəbər verir ki, hazırda isə məhkəmədə ekspertlərin dindirilməsi mərhələsi başlanır. Sonra Fərhad Əliyev məhkəmə işini işıqlandıran telekanalların nümayəndələrini tənqid edib. O, bildirib ki, telekanal əməkdaşları zalda çəkiliş aparsalar da, sonradan köhnə kadrları efirə verirlər və məhkəmə iclasındakı müzakirələrin əvəzinə ittiham aktından sitatlar deyirlər. Bu isə təqsirləndirilən şəxslərin hüquqlarının pozulması deməkdir. Hakim bildirib ki, o, məhkəmə iclasını işıqlandıran jurnalistlərin fəaliyyətinə müdaxilə edə bilməz.


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, «Azpetrol» Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və digər 17 nəfər dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və s.-də təqsirli bilinirlər.


XS
SM
MD
LG