Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:13

Yaxın beş ildə internatlar ləğv olunacaq


Gəncədə internat məktəbi, yanvar 2005
Gəncədə internat məktəbi, yanvar 2005
Sentyabrın 24-də Təhsil Nazirliyi «Açıq cəmiyyət əqli sağlamlıq təşəbbüsü» təşkilatı ilə pilot layihəsi üzrə müqavilə imzalayıb. «Hər kəs üçün icma təşəbbüsü» adlanan layihə ölkədəki 54 uşaq evi və internat məktəblərinin tədricən ləğvini, müəssisələrdəki 17 min uşağın ailələrə verilməsini nəzərdə tutur.

Təhsil Nazirliyi «Açıq cəmiyyət əqli sağlamlıq təşəbbüsü» qurumu ilə daha bir pilot layihəsinin imzalanmasını planlaşdırılır. Layihə ailələrə verilmiş uşaqların orta məktəbi bitirdikdən sonra peşə məktəblərinə yönləndirilməsi ilə bağlı olacaq.


«Uşaqların ailələrə verilməsi və alternativ qayğı» dövlət proqramı çərçivəsində imzalanan və beş il üçün nəzərdə tutulan layihənin dəyəri 1,5 milyon dollardır. Açıq Cəmiyyət İnstitutu vəsaiti Azərbaycana əvəzsiz versə də, bir neçə şərt irəli sürüb. Bu şərtlərə internat məktəblərində təmir-tikinti işlərinə, yeni işçilərin işə götürülməsinə pul ayrılmaması da var.


XS
SM
MD
LG