Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:50

Ərdəbil zindanında saxlanılan fəallara işgəncə verildiyi bildirilir


Ərdəbil ETTELAAT-ı fəallara məxsus iki mağazanı bağlatdırıb
Ərdəbil ETTELAAT-ı fəallara məxsus iki mağazanı bağlatdırıb
Sentyabrın 17-də həbs edilən Asif İbrahimzadə, Vədud Səadəti və 17 yaşlı Rza Qənizadənin Ərdəbil həbsxanasında döyülüb, təhqirə məruz qaldıqları bildirilir.

«Savalan Səsi» saytının verdiyi məlumata görə, heç bir ittiham irəli sürülmədən həbs edilən fəalların səhhəti təhlükə altındadır. Onlar vəkillə görüşmək hüququndan da məhrumdurlar.


Məlumatda o da bildirilir ki, Ərdəbil ETTELAAT-ı fəallara məxsus iki mağazanı bağlatdırıb.


Bu yaxınlarda Ərdəbil zindanından buraxılan başqa məhbuslar deyirlər ki, Asif İbrahimzadənin sifətində ağır işgəncə izləri var, onun dişlərinin bir neçəsi sınıb. Dustaqxana gözətçiləri ağır vəziyyətdə olan məhbusu həbsxananın tibb məntəqəsinə aparmaqdan imtina ediblər.


Məlumatı «Savalan Səsi» saytı yayıb.


XS
SM
MD
LG