Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:44

Kasparov prezidentliyə namizəd oldu


Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub
Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub

Harri Kasparov «Başqa Rusiya» koalisiyasından prezidentliyə vahid namizəd seçilib.


Koalisiyanın mətbuat katibi Lyudmila Mamina «Interfax»a deyib ki, «Vahid Vətəndaş Cəbhəsi»nin liderinə Moskvada keçirilən qurultayın 379 nümayəndəsi səs verib.


«Başqa Rusiya» həmçinin, dekabrın 2-də Dövlət Dumasına keçiriləcək seçkilərdə də iştirak etmək niyyətini bildirib. Qurultayda seçki siyahısının ilk üçlüyü müəyyənləşdirilib. Siyahıya Rusiya Mərkəzi Bankının keçmiş sədri Viktor Qeraşşenko, Harri Kasparov və koalisiya liderlərindən olan Eduard Limonov daxildir.


Ancaq qanunvericiliyə əsasən, «Başqa Rusiya» parlament seçkilərində iştirak edə bilməz, çünki, ora daxil olan hərəkatlardan heç biri qeydiyyatdan keçməyib.


Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov 1963-cü ildə Bakıda anadan olub.


XS
SM
MD
LG