Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Həkimeldostu Mehdiyev baş prokuror və daxili işlər nazirinə müraciət edib


«Bədənimdəki fiziki işgəncələrin izləri qalmaqdadır»
«Bədənimdəki fiziki işgəncələrin izləri qalmaqdadır»

«Yeni Müsavat» qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Həkimeldostu Mehdiyev baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və Şərur rayon prokuroru Kamil Şükürova müraciət edib. Bu barədə «Media forum» saytına məlumat verən H.Mehdiyev bildirib ki, məktublar oktyabrın 3-də poçt vasitəsilə ünvanlara göndərilib.


Müraciətində H.Mehdiyev 1993-cü ildən başına gətirilən hadisələrdən, eyni zamanda bu il sentyabrın 23-də baş vermiş hadisədən söz açıb: «Mən müraciətdə həm ailəmə, qohumlarıma dəyən maddi ziyanın ödənməsini, həm də özümə vurulan mənəvi-fiziki ziyana görə təzminat verilməsini tələb etmişəm».


Hələ də özünü pis hiss edən və yataq şəraitində olduğunu deyən jurnalist həkimin məsləhət gördüyü dərmanları qəbul etdiyini bildirir. Bu gün o, qohumlarının köməkliyi ilə Şərur rayon mərkəzi xəstəxanasına gəlib və yenidən müayinədən keçib: «Hələ də nəfəs alanda, hərəkət edəndə çətinlik çəkirəm. Bədənimdəki fiziki işgəncələrin izləri qalmaqdadır».


H.Mehdiyev sentyabrın 23-də günorta saatlarında Şərur rayonunun Cəlilkənd kəndində rayon polisi və milli təhlükəsizlik nazirliyinin işçiləri tərəfindən saxlanılıb. Sentyabrın 24-də səhər azadlığa buraxılsa da, həmin gün axşam o, yenidən saxlanılıb və polisə tabe olmamaqda təqsirkar bilinərək məhkəmənin qərarı ilə ona 15 sutka həbs verilib. Sentyabrın 27-də H.Mehdiyev azadlığa buraxılıb.


XS
SM
MD
LG