Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:45

«Qohumlarımı aclığa sürükləməklə məni susdurmaq istəyirlər»


«Naxçıvana getməyim həyatım üçün təhlükədir»
«Naxçıvana getməyim həyatım üçün təhlükədir»

«Yeni Müsavat» qəzetinin Naxçıvan Muxtar Respublikası (MR) üzrə müxbiri Həkimeldostu Mehdiyev açıq məktubla ölkə başçısına və Naxçıvan Ali Məclisinin sədrinə müraciət edib. Bu barədə müxbir yanvarın 25-də keçirdiyi mətbuat konfransında bildirib.


H.Mehdiyev müraciətində pozulan hüquqlarının bərpa edilməsini, ona vurulan maddi və mənəvi zərərin ödənilməsini və jurnalist fəaliyyətinin davam etdirməsi üçün şərait yaradılmasını tələb edir. «Əvvəlki kimi mənim və ailəmin təhlükəsizliyinə təminat yoxdur. Mənə və ailəmə qarşı haqsızlıqların səbəbkarları qanun çərçivəsində cəzalandırılmayıb, ailəmizə məxsus və 23 sentyabr tarixində qeyri-qanuni olaraq sökülən ticarət və ictimai iaşə obyektləri bərpa edilməyib. Mənə və qardaşlarıma məxsus 1.5 ha torpaq sahəsi əlimizdən alınıb və geri qaytarılmayıb. Mənim Naxçıvanda jurnalist fəaliyyətimi davam etdirmək üçün şərait yaradılmayıb. İşgəncələr və həbslərlə məni susdura bilməyən yerli hakimiyyət orqanları, indi də qohumlarımı aclığa sürükləməklə məni susdurmaq istəyir», - deyə jurnalistin açıq məktubunda qeyd edilir.


O, müvəqqəti olaraq Bakıda məskunlaşdığını bildirib. «Naxçıvana getməyim həyatım üçün təhlükədir».


Mətbuat konfransında ABŞ səfirliyinin və Avropa Şurasının Bakı ofisinin nümayəndələri iştirak edib.


Həkimeldostu Mehdiyev Naxçıvan MR Şərur rayon təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən 2007-ci ilin sentyabr 22-də saxlanıb və işgəncələrə məruz qalib.(Turan)


XS
SM
MD
LG