Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Martın 2-də «Elmar Hüseynov Fondu» xüsusi bir tədbir keçirməyəcək


Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib
Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib

Martın 2-də mərhum jurnalist Elmar Hüseynovun ölüm günündə «Elmar Hüseynov Fondu» xüsusi bir tədbir keçirməyəcək. Ancaq jurnalistin məzarı ziyarət ediləcək. Bunu «Azadlıq» radiosuna fondun həmtəsisçisi Şahbaz Xuduoğlu deyib.


«Elmar Hüseynov Fondu» jurnalistin ölümünün ildönümü ilə bağlı jurnalistlər üçün müsabiqə elan etmişdi. Qaliblərin adlarını ildönümü günü açıqlamalı idi. Amma martın 2-i bazar gününə düşdüyündən təltif etmə mərasimi başqa günə keçirilib.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi tapılmayıb. O, hakimiyyəti kəskin tənqid edirdi.


XS
SM
MD
LG