Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:02

Həbsxanalarda 1000-ə qədər vərəm, 200-ə yaxın AIDS xəstəsi var


Nazir müavini deyir ki, hazırda həbsxanalarda 236 məhbus ömürlük cəza çəkir
Nazir müavini deyir ki, hazırda həbsxanalarda 236 məhbus ömürlük cəza çəkir

Hazırda Azərbaycan həbsxanalarında 1000-ə qədər vərəm, 200-ə yaxın AIDS xəstəsi var. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov belə deyir.


«Vərəm, AIDS sosial problemlərdir. Hazırda Ədliyyə Nazirliyi yanında İxtisaslaşdırılmış Müalicə Mərkəzi belə məhbuslar müalicə alır. Məhbuslar hələ istintaq təcridxanalarına daxil olarkən əvvəlcədən müayinə edilirlər».


Nazir müavini deyir ki, son 5 ildə Azərbaycan həbsxanalarında ölüm halları da on dəfə azalıb. Hazırda 236 ömürlük cəza çəkən məhbus var.


N.Ələkbərov həbsxanalarda limitdən artıq məhbus saxlanması hallarını qəbul etməyib. O, bildirir ki, hər məhbus üçün 4 kvadratmetr sahə ayrılır: «Sadəcə ola bilsin ki, bu problem istintaq təcridxanalarında mövcuddur. Bu ilin sonunda yeni istintaq təcridxanaları istifadəyə veriləcək. Beləliklə də problem aradan qalxacaq».


Nazir müavini deyir ki, 2009-cu ilə kimi regionlarda yeni həbsxanalar tikiləndən sonra paytaxtda məhbusların sayı azalacaq.


N.Ələkbərov Dövlət Departamentinin həbsxanalardakı vəziyyətlə bağlı tənqidlərini qəbul etmədiyini deyib.


ABŞ Dövlət Departamentinin 2007-ci ilə dair hesabatda deyilir ki, keçən il həbsdə 4 nəfər ölüb. İnfrastrukturun yaxşılaşdırılmasına baxmayaraq, həbsxanalardakı şərait həyat üçün təhlükəli olaraq qalır, kameralarda normadan artıq məhbus saxlanır, tibbi yardım aşağı səviyyədədir. Vərəm həbsxanalarda ölümün əsas səbəbidir.


XS
SM
MD
LG