Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:48

«Təzə prezidentin nə edəcəyini proqnozlaşdırmaq çətindir»


«Əgər Azərbaycan istiqaməti dəyişsə, Ermənistanın başqa seçimi qalmır»
«Əgər Azərbaycan istiqaməti dəyişsə, Ermənistanın başqa seçimi qalmır»

Ermənistan hökumətində dəyişikliklər ümumi siyasəti də dəyişəcəkmi? Bu suala çətin ki kimsə birmənalı cavab versin. Birincisi ona görə ki, yeni prezident Serj Sarkisyanın 6 nazirinin ancaq 3-ü ilk dəfə nazir vəzifəsinə gətirilib. Amma onlar da elə Koçaryan hakimiyyətində yaxşı vəzifələrdə olublar.


Aprelin 14-də təyin olunan yeni xarici işlər naziri Eduard Nalbandyan-əvvəllər Fransa və Vatikanda səfir idi. Müdafiə naziri Seyran Ohanyan tanınmamış Dağlıq Qarabağ Respublikasının müdafiə naziri olub və Koçaryan hakimiyyəti vaxtı Ermənistan Ordusunun Baş qərargahına rəhbərlik eləyib. Bundan əvvəl Mərkəzi Bankının sədri işləyən Tiqran Sarkisyan isə indi baş nazir olub. Ədliyyə-gənclər və İdman və Kənd təsərrüfatı nazirləri elə əvvəlkilər qalıb. Düzdü hakimiyyətdəki koalisiya digər partiyalarla məsləhətləşmələri hələ davam etdirir və həftənin axırında bütün qalan nazirlər də bəlli olacaq.


Yeni hökumətin ən vacib işi seçkisonrası qanlı hadisələrdən sonra hakimiyyətin zədələnən imicini həm öz vətəndaşları, həm də beynəlxalq birlik qarşısında bərpa etmək olacaq.


Çünki bu gün Avropa Şurasının (AŞ) Monitorinq Şurası da bunu öhdəlik kimi yeni hakimiyyətin üzərinə qoyub. AŞ müxalifətlə dialoqun başlanmasını, siyasi məhbusların buraxılmasını, qanlı hadisələrin günahkarlarının cəzalandırılmasını tələb edir. Bunun üçün hakimiyyətə 3 ay da vaxt verilib.



Oskanyan: «İndiki halda təzə prezidentin nə edəcəyini proqnozlaşdırmaq çətindir. Öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, əslində Ermənistan manevr üçün elə də əlverişli olmayan otağa sıxışıb. Bizim imkanlarımız məhduddur və sadəcə bəzi məsələlərə münasibətdə vurğuları dəyişmək olar, bütün istiqaməti isə yox»

Yerevandakı Qafqaz-Media İnstitutunun direktoru Aleksandr İskəndəryan deyir ki, əslində indiki hökumətin bütün uğuru məhz bu imici necə bərpa edə biləcəklərində asılıdır:


«İndi rəsmilərin addımları onların legitimliyini artırmaq cəhdlərini göstərir. Bəzi neytral fiqurların təyinatlarından tutmuş zaman-zaman müxalifətin də şüarlarını mənimsəyib, ictimaiyyəti vəziyyəti düzəldəcəklərinə inandırmaq cəhdləri, həmçinin camaatın gözündən düşən məmurların işdən çıxarılmasına qədər hər şey buna hesablanıb. İndi iqtidarın buna kəskin ehtiyacı var. Bu cəhdləri nə qədər uğurlu olacağını tezliklə görəcəyik».


Amma bəzi müşahidəçilər Ermənistanda vəziyyətin və iqtidarın siyasətinin elə də dəyişəcəyinə inanmırlar. Məsələn keçmiş Xarici İşlər naziri Vartan Oskanyan deyir ki, əslində Ermənistan hakimiyyətinin manevr üçün elə də geniş imkanları yoxdu:


«İndiki halda təzə prezidentin nə edəcəyini proqnozlaşdırmaq çətindir. Öz təcrübəmdən çıxış edib deyə bilərəm ki, əslində Ermənistan manevr üçün elə də əlverişli olmayan otağa sıxışıb. Bizim imkanlarımız məhduddur və sadəcə bəzi məsələlərə münasibətdə vurğuları dəyişmək olar, bütün istiqaməti isə yox».


Aleksandr İskəndəryansa deyir ki, yeni nazirlərin təcrübəsi bəzi dəyişikliklər etməyə imkan vermir. Məsələn elə Müdafiə naziri Seyran Ohanyan müharibə veteranıdır və məmurluğu yenicə öyrənir. Üstəlik dünənki çıxışında elə Ermənistanın yeni prezidenti Serj Sarkisyan özü də xarici siyasətdə məsələn ən vacib məsələdə Dağlıq Qarabağ probleminin həllində Azərbaycana güzəştə getməyəcəyini deyirdi. Və əksinə Azərbaycana mesaj göndərirdi ki, Bakı başa düşməlidir ki, Dağlıq Qarabağ Respublikası indi var və bu situasiya geri döndərilə bilməz.


Amma elə bununla bağlı da, keçmiş Xarici İşlər naziri Vartan Oskanyan çox vacib bir qeyd edir. Oskanyanın sözlərinə görə, ATƏT-in Minsk qrupunu vasitəçiliyi ilə Praqa prosesi çərçivəsində münaqişənin həllində yol xəritəsi kimi konkret bir prinsiplər ortaya çıxmışdı. Və bu proses Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqqına müsbət yanaşırdı. Əgər indi rəsmi Bakı danışıqların istiqamətini dəyişsə, Yerevanın bununla barışmaqdan başqa yolu olmayacaq:


«Əgər Azərbaycan istiqaməti dəyişsə, Ermənistanın başqa seçimi qalmır. Sadəcə öz siyasətində buna uyğun cavab verə bilən dəyişikliklər etməlidir. Amma konkret nələrin dəyişəcəyini görmək üçün gözləmək lazım olacaq».


XS
SM
MD
LG