Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:35

Kasparov: «Cəmiyyət Rusiyaya da diqqət etməlidir»


Kasparov yazır ki, Qərb 7 ildir Rusiyayla sakit diplomatiyayla davranır
Kasparov yazır ki, Qərb 7 ildir Rusiyayla sakit diplomatiyayla davranır

Olimpiya oyunları ərəfəsində Çində baş verənlər cəmiyyəti narahat edir. İnsan haqları fəalları aksiya keçirir, olimpiya oyunlarının Çində keçirilməsinə etiraz edirlər. Şahmat üzrə keçmiş dünya çempionu, siyasətçi Harri Kasparov təklif edir ki, cəmiyyət Rusiyaya da diqqət etməlidir. Axı 2014-cı il Qış Olimpiya oyunları Soçidə keçiriləcək və rusiyadakılar da diktaturadan əziyyət çəkirlər.


Kasparov Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Jan-Klud Kilinin Soçiyə səfərini xatırladır. Kili Soçidə keçən həftə olub və «siz ki, burda sıfırdan başlayırsınız», - deyib. Jan-Klud Kilinin sözlərinə görə, Soçidə insfrastrukturun olmaması kurort salmaq üçün böyük şans verir. İlkin hesablamalara görə, Soçi olimpiadası 12 milyard dollara başa gələcək. Bu isə son üç qış olimpiadasına xərclənən pulların cəmindən çoxdur.


Kasparov yazır ki, Rusiyada yenə ictimai təşkilatlar, idarələr, mülklər kimlərinsə əlinə keçir, bu dəfə olimpiada adı altında. Olimpiadayla bağlı yeni qanuna görə, hökumət Soçidə istədiyi qədər ərazini müsadirə edə bilər. Buna isə heç kəs etiraz edə bilməz. Bir qərarla onlarla adam evini, qazanc yerini itirə bilər, şikayət etməyəsə yer yoxdur.


Rusiya hökuməti élan edib ki, tezliklə torpaqları almağa başlayacaq, sahiblərinə haqqı ödəniləcək. Hökumət müsadirə olunan ərazinin, əmlakın haqqının bazara uyğun ödəniləcəyini deyir. Qiyməti əlbəttə ki, hökumət müəyyən edəcək.


Kasparov yazır ki, Olimpiya Komitəsi rəsmisinin Soçiyə səfəri zamanı yerlilər etirazlarını bildirmək, «SOS» yazılan bayraqlar qaldırmaq istəyiblər, ancaq polisin hücumuna məruz qalıblar.



«Putinin oliqarxlarının əlində Rusiyadan yüz milyardlarla dollar çıxır, bu pulları saxlamaq üçün etibarlı yer lazımdır. Londonun kapital bazarı, İsveçrə bankları, Avropanın enerji şirkətləri…Belə lazımlı qoruqları saxlamaq üçün Rusiya demokratik görünüşünün qeydinə qalmalıdır»
Bu yaxında Amerika prezidenti Corc Buş da Soçidə oldu, amma Kremlin şəxsi mülkiyyətə hücumuna etiraz bildirmədi. Kasparov bunu Birləşmiş Ştatların «səssiz diplomatiya» yolunu seçməsiylə izah edir.


Müəllif yazır ki, Qərb 7 ildir Rusiyayla sakit diplomatiyayla davranır. Bu isə o deməkdir ki, Qərb Rusiya ilə nədə desən razılaşır. Nəticədə Rusiya zərif demokratiyadan «KQB» diktaturasına gəlib çıxıb.


Kasparovun fikrincə, raketdən müdafiə sistemi, Kosova və NATO ilə bağlı səs-küy qaldırsalar da, Putin və ətrafındakıları maraqlandıran yalnız iki məsələdir: Rusiyanın özünə tam nəzarət etmək və xaricdə legitimliyi saxlamaq.


Legitimlik Putin üçün çox vacib olmasaydı, sadəcə, Konstitusiyanı dəyişər, ya da qanuna əhəmiyyət verməyərək, 3-cü dəfə prezident seçilərdi.


Bəs Putin niyə belə etmədi? Kasparovun cavabı belədir: «Putinin oliqarxlarının əlində Rusiyadan yüz milyardlarla dollar çıxır, bu pulları saxlamaq üçün etibarlı yer lazımdır. Londonun kapital bazarı, İsveçrə bankları, Avropanın enerji şirkətləri…Belə lazımlı qoruqları saxlamaq üçün Rusiya demokratik görünüşünün qeydinə qalmalıdır».


Kasparov deyir ki, o, Rusiyadakı demokratiyanı əvvəllər Venesuela və Zimbabvedəki rejimlərlə müqayisə edirmiş. Amma indi xeyli yanıldığını Venesuela prezidenti Uqo Çavesə, Zimbabve prezidenti Robert Muqabaya qarşı ədalətsizlik etdiyini görür. Çünki axırıncı referendumda Uqo Çaves uduzdu, seçicilərin cəmi 2%-i onun hakimiyyətini genişləndirməsinə səs verdi. Rusiya seçki komissiyası belə biabırçılğa dözməzdi.


Kapsarov yazır ki, Qərblə münasibətini qorumaq istəyən diktatorlar yəqin Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Çurovu işə götürmək istəyərdilər.



Bu yerdə Kasparov Qərb liderlərinin Rusiyada seçkiyə reaksiyasını xatırladır. Medvedyev prezident seçiləndən sonar gələn təbrikləri sadalayır və sual verir: Görəsən, Kuba lideri Fidel Kastro hakimiyyəti qardaşına verəndən sonra Kubaya da belə zənglər oldumu?


Kaparov Çin əleyhdarlarının indi-indi əl-ayağa düşməsindən danışır və sual verir: Görəsən, ruslar da insan haqları uğrunda mübarizələrinə kömək üçün 2014-cü ili gözləməli olacaqlar?


XS
SM
MD
LG