Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:29

Seçkinin ilk aksiyası baş tutacaqmı?


Ölkədə iqtisadi vəziyyətin gərginliyi hakimiyyətdən narazıların sayını artırır
Ölkədə iqtisadi vəziyyətin gərginliyi hakimiyyətdən narazıların sayını artırır

Azərbaycan tədricən seçki mərhələsinə qədəm qoyur. Mətbuatda seçki ilə bağlı informasiyalar artır, hakimiyyət və müxalifət nümayəndələri istər-istəməz seçki mövzusunda suallara cavab verməli olurlar. Amma bu, ümumi fonda hələ çox zəif görüntüdür. Seçki ilə bağlı azacıq proseslər də daha çox hakimiyyət düşərgəsində hiss olunur. Müxtəlif toplantılarda YAP özünün namizədini irəli sürür, seçkinin nəticələri ilə bağlı indidən fikirlər səsləndirir.


Müxalifət isə bu həftə özünün ilk kütləvi aksiyasını keçirməyə hazırlaşır. Belə ki, Müsavat Partiyası bu günlərdə ilk mitinqini keçirməyə israrlıdır. Amma partiyanın mitinqin yeri ilə bağlı müraciətinə hələ cavab verilməyib. Bu, bir il bundan əvvəl qiymət artımı ilə bağlı keçirilmiş mitinqdən sonra ilk kütləvi aksiya olacaq.


Hakimiyyətin buna münasibəti çox maraqlıdır. Rəsmi cavab bir tərəfə qalsın, hakimiyyət nümayəndələri mitinqə həm «hə», həm də «yox» deyirlər. Bir tərəfdən müxalifətin mitinq keçirmək hüququ etiraf olunur, o biri tərəfdən də buna lüzum olmadığı deyilir.


Çox maraqlı mənzərə yaranır. Belə nəticə alınır ki, Azərbaycanda mitinqlərin lazım olub-olmamasını hakimiyyət müəyyənləşdirir. Ölkədə 2003-cü ildən sonra faktiki olaraq kütləvi aksiyalara qadağa qoyulub. Siyasi mübarizənin və etirazların kütləvi formaları yox dərəcəsindədir.


Ölkədə 2003-cü ildən sonra faktiki olaraq kütləvi aksiyalara qadağa qoyulub. Siyasi mübarizənin və etirazların kütləvi formaları yox dərəcəsindədir. Həmişə olduğu kimi bunu vətəndaşların asayişi və təhlükəsizliyi ilə izah edirlər
Həmişə olduğu kimi bunu vətəndaşların asayişi və təhlükəsizliyi ilə izah edirlər. İcazə veriləndə də elə ünvan göstərirlər ki, orada aksiya keçirməyin faktiki olaraq mənası olmur. Amma hökumət tədbirləri bütün ünvanlarda, ölkənin hər yerində keçirilir və nədənsə bu halda vətəndaşların asayişi üçün problem yaranmır.

Sərbəst toplaşmaq azadlığı bir yana, çox güman ki, seçki komissiyalarının tərkibinin paritet əsasında formalaşdırılması haqqında təklif də həyata keçməyəcək. Hakimiyyət təmsilçiləri indiki formulun daha ədalətli və optimal olduğunu deyirlər. Göründüyü kimi, müxalifət üçün etiraz etməyə predmet çoxdur. Amma müxalifət hələ də seçkiyə münasibətini tam şəkildə formalaşdırmayıb. Boykot, aktiv boykot və seçkidə iştirak etməyin tərəfdarları var. İndi hakimiyyətin əsas diqqəti seçkini boykot etməyi təklif edən müxalifət nümayəndələrinə yönəlib. Amma digərləri də diqqətdən kənarda deyillər. Əgər belə olmasaydı seçkidə iştirakın tərəfdarlarına siyasi aksiya keçirmək üçün asanlıqla icazə verilərdi.


Maraqlıdır ki, müxalifət ilk aksiyasını geniş spektrdə keçirmək fikrində deyil.


Baş tutacağı təqdirdə Müsavatın aksiyasına digər partiyaların da sıravi üzvləri qatılacaqlar, amma partiya rəhbərlərinin bu tədbirdə iştirakı planlaşdırılmayıb. Hiss olunur ki, müxalifət sıralarındakı ənənəvi pərakəndəliyi bu il də aradan qaldırmaq mümkün olmayacaq.


Maraqlıdır ki, indi beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın, söz azadlığının vəziyyətini daha çox tənqid edirlər. İlk baxışda belə təəssürat yaranır ki, əvvəlki illərə nisbətən müxalifət üçün daha əlverişli şərait yaranıb. Amma bu, ilk baxışda belə görünür. Hakimiyyət özünün geosiyasi resurslarından istifadə edərək seçkinin taleyini çoxdan həll edib. Hətta ən optimist və fəal müxalifət təmsilçiləri belə hesab edirlər ki, seçkidə yenə də hakimiyyətin nümayəndəsi müdafiə ediləcək. Bəs bu seçki müxalifət üçün nə vəd edir?


Birincisi, müxalifət seçkinin verdiyi kiçik imkandan istifadə edərək fikirlərini cəmiyyətə çatdıra bilərdi. İkincisi, müxalifət mənəvi qələbə qazana bilərdi. İnzibati, iqtisadi və geosiyasi resurslar hakimiyyətin əlində cəmləşib. Bunu inkar etmək mümkün deyil. Amma iqtisadi vəziyyət hakimiyyətdən narazı olanların sayını günbəgün artırır. İstisna deyil ki, narazıların bir hissəsi məhz müxalifətə səs verəcək. Üçüncüsü, müxalifət seçkilərdən güclənib çıxa bilərdi. Hakimiyyətə gəlməsə də güclü müxalifət olmaq – bunun özü də pis perspektiv deyil. Nədənsə müxalifət bu perspektiv haqqında fikirləşmir. Təsir müxalifəti olmaq, hadisələrə və ölkədə aparılan siyasətə real təsir etmək imkanları qazanmaq heç də qeyri-mümkün iş deyil. Sadəcə, problem ondadır ki, bütün sahələrdə olduğu kimi müxalifət düşərgəsində də statik vəziyyət hökm sürür, burada da müxalifət nomenklaturası yaranıb. Müxalifət nomenklaturası bütün prosesləri ləngidir, real inteqrasiyaya mane olur. Hamı ayrıca partiyaya malik olmağa, hətta öz tədbirlərini ayrılıqda keçirməyə çalışır. Elə bu səbəbdən «Müxalifətin ilk siyasi aksiyası baş tutacaqmı?» sualına birmənalı cavab vermək olmur.


XS
SM
MD
LG