Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:30

Qənimət Zahidin apellyasiya şikayəti təmin edilmədi


Baş redaktor ona qarşı ittihamla razılaşmır və peşə fəaliyyətinə görə həbs edildiyini bildirir
Baş redaktor ona qarşı ittihamla razılaşmır və peşə fəaliyyətinə görə həbs edildiyini bildirir

Hazırda həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin apellyasiya şikayəti təmin edilməyib.


Bu barədə baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva «Media forum» saytına bildirib. O, deyib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov mayın 13-də keçirilən prosesdə Yasamal Rayon Məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə baxışının başa çatdığını bildirib və şikayətin təmin olunmadığı barədə qərar çıxarıb.


Aprelin 12-də keçirilən prosesdə prokuror hakimdən şikayətin təmin olunmamasını, Q.Zahidin həbsdə saxlanmasını istəmişdi.


Q.Zahid xuliqanlıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Vəkilləri hökmün ləğv edilərək jurnalistə bəraət verilməsini istəyirdi.


Baş redaktor ona qarşı irəli sürülən ittihamla razılaşmır və məhz peşə fəaliyyətinə görə həbs edildiyini bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları Q.Zahidin və onunla yanaşı Azərbaycanda hazırda həbsdə olan daha iki jurnalistin dərhal azadlığa buraxılmasını tələb edirlər.


XS
SM
MD
LG