Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33

«Kimin irqi problemi var?»


Üstündə Obamanın rəsmi olan köynəklər Berlinin hər yerində satılır
Üstündə Obamanın rəsmi olan köynəklər Berlinin hər yerində satılır

İyunun 10-da «Vaşinqton Post» qəzeti Ann Appelbaumun «Kimin irqi problemi var?» başlıqlı məqalə dərc edib. Məqalədə müəllif ilk dəfə Amerika prezidenti olmaq üçün real şanslar əldə etmiş qaradərili siyasətçi Barak Obamanın prezident seçiləcəyi təqdirdə dünya dövlətləri tərəfindən necə qarşılanacağını araşdırır.


Müəllif yazır ki, uzun müddət Amerikanın özünün Afrika əsilli siyasətçiyə səs verib-verməyəcəyi sual altında idi, lakin demokratlar partiyasının keçirdiyi ilkin seçkilər bu suala birmənalı şəkildə cavab verdi. İndi artıq aydındır ki, Amerika qaradərili prezidentə səs verər. Bəs xarici dövlətlər necə?



Məqalə müəllifi Barak Obamanın prezidentlik uğrunda seçki kampaniyasına müsbət münasibətləri araşdıraraq Almaniyadan misal çəkir. Almaniyanın nüfuzlu «Der Spiegel» jurnalı Barak Obamanı Con Kennedi və Martin Lüter Kinq arasında calaq kimi xarakterizə edib

Ann Appelbaum ilk öncə dünyada Barak Obamanın prezidentlik uğrunda seçki kampaniyasına müsbət münasibətləri araşdıraraq Almaniyadan misal çəkir. Almaniyanın nüfuzlu «Der Spiegel» jurnalı Barak Obamanı Con Kennedi və Martin Lüter Kinq arasında calaq kimi xarakterizə edib. Hətta bu ölkənin xarici işlər naziri hansısa məqamda Barak Obamannın məşhur kampaniya çağırışını hayqıraraq «Yes, we can!» (Bəli, biz bacararıq!) deyib. Üstündə Obamanın rəsmi olan köynəklər isə Berlinin hər yerində satılır. Obama üçün bu müsbət münasibətin digər Avropa ölkələri üçün də xarakterik olduğunu qeyd edən müəllif Britaniya, Fransa və hətta Polşadakı dərgilərin «Amerika artıq dəyişmişdir!» başlıqlı məqalələrlə çıxış etdiyini xatırladır və Obamanın Avropa-ABŞ münasibətlərində müsbət rol oynaya biləcəyinə işarə edir.


Daha sonra müəllif mənfi paralellərə toxunaraq qeyd edir ki, Asiya, Yaxın Şərq, lap elə Avropanın özündə irqi azlıqların vəziyyəti ABŞ-dakından xeyli fərqli olduğundan ortaya yeni situasiya çıxır. Müəllif qeyd edir ki, Avropada bütün bu problemlərə baxmayaraq kifayət qədər tolerantlıq olsa da, məsələn, əsrlərlə qaradərili qul alveri etmiş ərəb cəmiyyətlərində Afrikalılara qarşı pis münasibətin olduğu, Rusiyada qaradərili tələbələrin periodik olaraq Moskvada döyülməsi, hətta Yaponiyada belə irqçiliyin mövcudluğu kifayət qədər aşkar faktlardır. Buna görə də Ann Appelbaum hesab edir ki, Barak Obamanın dünyada Amerikanın imicini yaxşılaşdıracağına ümid edərkən, eyni istiqamətin doğura biləcəyi mənfi tərəfləri də nəzərə almaq lazımdır.


Yekunda müəllif bir daha Almaniya misalına qayıdaraq, bu dəfə artıq mənfi nümunəni ortaya qoyur. «Die Tageszeitung» qəzeti Ağ Evin şəklini dərc edərək altında izahat qoyub: «Barak dayının koması». Qəzetin redaktorları iddia ediblər ki, bu sadəcə satiradır, amma eyni qəzet bir qədər əvvəl ABŞ Dövlət Katibi Kondoliza Raysın şəklini dərc edərək altında «Tom dayının Raysı» (rays düyü demək olduğundan söz oyunu alınır) yazmışdı ki, bu da müəlliflərin «Tom dayı» ilə bağlı mənfi mənalardan xəbərdar olduqlarını göstərir.


Müəllif yekunda yazır ki, ABŞ siyasəti haqqındakı yazılar həmişə həmin xarici ölkələrin özləri haqqında çoxlu məlumat verir, lakin bu məsələ heç vaxt indiki seçkilərdəki qədər qabarıq əhəmiyyət daşımayıb.


XS
SM
MD
LG