Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Erməni diplomatlarıyla görüş xəbəri təsdiqləndi


Türkiyənin Xarici İşlər naziri Əli Babacan
Türkiyənin Xarici İşlər naziri Əli Babacan

Türkiyənin Xarici İşlər naziri Əli Babacan erməni diplomatlarıyla görüş xəbərini təsdiqləyib. Türkiyənin «Hürriyyət» qəzeti yazırdı ki, iyulun 8-də İsveçrədə türk və erməni diplomatlarının görüşü olub. Əli Babacan iyulun 18-də jurnalistlərlə söhbətində deyib ki, onun tapşırığına əsasən erməni diplomatlarla ara-sıra görüşlər olur. Bu görüşlərdə yüksək rütbəli türk rəsmiləri iştirak edirlər. Nazir bildirib ki, Ermənistanla Türkiyənin 1915-ci il hadisələriylə bağlı fikir ayrılıqları var və Ankara problemin dialoqla həll olunması tərəfdarıdır:


«Türkiyə erməni diplomatlarla görüşləri davam etdirəcək».


Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqların başlamasını «Hürriyyət» qəzeti yazıb. Qəzetin məlumatına görə, iyulun 8-i İsveçrədə erməni və türk diplomatlarının görüşü olub.


Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı rəhbərlik edib. Amma «Hürriyyət» qəzeti türk və erməni rəsmilərinin görüşündə hansı məsələnin müzakirə olunduğunu açıqlamayıb.


Son vaxtlar Ermənistan prezidenti Serj Sarkisyan Türkiyəyə yumşaq ismarıclar göndərir. O, Türkiyə prezidenti Abdullah Gülü Yerevana, iki ölkə millisinin görüşünü izləməyə dəvət edib.


Türkiyənin Xarici İşlər naziri Əli Babacan prezidentin Ermənistana səfərinin müzakirə olunduğunu deyib.


XS
SM
MD
LG