Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:40

«Qış Bulvarı» üçün evlərin sökülməsi davam edir


«Qış Bulvarı» üçün evlərin sökülməsi davam edir
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00
Direct-ə keçid
«Qış Bulvarı»nın tikintisi ilə əlaqədar Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələrində yaşayan sakinlərə evlərinin söküləcəyi ilə bağlı bildiriş gəlib.

Bu barədə AzadlıqRadiosuna sakinlərdən Həsən Hüseynov məlumat verib:

«Kağıza yazıblar, nə möhürü var, nə bir şey. Qeyd ediblər ki, sizə bu qədər ev təklif edilir, köçün».

H. Hüseynov deyir ki, onlara evlərinin hər kvadrat metri üçün 1500 manat kompensasiya təklif olunur:

«Bir qrup işbazlar var, camaatı bir-bir dəvət edirlər ki, pul yoxdur. Ev təklif edirlər. Hər kvadrat metrə verilən məbləğ ədalətli deyil, bazar qiymətindən çox-çox aşağıdır. Camaat mənzilə də razı deyil. Bazar qiyməti ilə bizim evlərin hər kvadratı 2200 manatadır, bu yer üçün daha artıq pul nəzərdə tutulsa da, onu vermirlər... Seçim olmalıdır: kim istəyir ev, kim istəyir pul götürsün».

Bundan qabaq da «Qış Bulvarı» salınması ilə əlaqədar sökülən evlərin sahibinə hər kvadrat metr üçün 1500 manat kompensasiya verilib. Sakinlərin etirazına, müraciətlərinə baxmayaraq, məbləğ artırılmayıb.

Nazirlər Kabineti mülk sahiblərinə söküləcək mənzillərin və ticarət obyektlərinin hər kvadratmetrinə 1500 manat kompensasiya verilməsi barədə qərar qəbul edib.

«Qış bulvarı» Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər olan ərazidə salınmalıdır.
XS
SM
MD
LG