Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:43

Süleyman Sani Axundov. Kövkəbi-hürriyyət


Şahzadə nağıla başlayaraq deyir:

- Şahim, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnət misal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmanə mübtəla olub, o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb, bəli ikiqat olurdu. Əlləri, ayaqları əsib
gözlərinin nuru gedirdi. Həştad yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdız. Bir gün bu tayfa məclisi-kübra qurub mərəzlərinə çarə
tapmağa şüuru etdilər. Lakin aciz qalıb məyus oldular. O vaxt onlardan biri kürsüyə qalxıb dedi:

- Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir
düşmüş; söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya
torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə
əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib, onun hüzuruna göndərək
və dərdimizə çarə istəyək.
Hamı bu təklifə razı oldu. Elçilər seçib, hədiyyələrlə bərabər, o alimin yanına
göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul
idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:
Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan.
Biz, əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər nemətini bizə əta
etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən pirifaniyə
dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb,
saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə
mərəzdir? Lütf elə, çarəsini söylə.
Alim dedi:
- Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O, ulduz
torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki, onu dağıtdınız, kövkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.

Elə ki, elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib, şad və
xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta,
bel, kürək, ling və qeyri alət gotürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətin üzü
açıldı. Onun şöləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al
libaslara girib bayram etdilər.

Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar
kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.
XS
SM
MD
LG