Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:26

Nizami Gəncəvi. Leyli və Məcnun (24)


əvvəli

İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL
UZATMAMAQ


Razı qal cahanda öz qismətindən,
Özgənin haqqını çeynəmə gəl sən.
Bir də ayağını öz yorğanından
Artıq uzadanlar bədbəxtdir, inan.
Bir quş ki, həddindən artıq ucalar,
Özünü fəlakət yoluna salar.
Ilan düz getməsə yoluyla əgər,
Özünə sarılıb, dolaşıq düşər.
Silaha sarılsa bir zahid axmaq.
Onun qazandığı sillə olacaq.
Aslanla döyüşə çıxsa tülkülər,
Bilinər kimdədir qılıncla hünər.
Saqi! Baş qızdıran şərab ver görək.
Piyalən hər zövqü oxşasın gərək!
Bir şərab gətir ki, qəlb açsın yenə,
Can versin Keyqubad xəzinəsinə.

davamı
XS
SM
MD
LG