Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:51

Suriya İordaniya ilə sərhədi bağlayıb


Suriyada hökumətin Deraa şəhərinə zirehli texnika yeritməsi nəticəsində baş verən qarşıdurmada azı 20 nəfər həlak olub.

Xəbər yerli sakinlərə və hüquq müdafiəçilərinə istinadən yayılıb.

Deraa şəhəri bir aydır Suriyada hökumət əleyhinə keçirilən etiraz aksiyalarının mərkəzi sayılır. Burda keçirilən aksiyalar ölkənin başqa şəhərlərinə də keçib.

Bu gün təhlükəsizlik qüvvələri həm də Duma və Cebla şəhərlərinə də yeridilib. Suriyanın İordaniya ilə sərhədi bağladığı xəbər verilir.

Hüquq müdafiə təşkilatları Suriya hökumətini müxalifətçilərə atəş açmaqda ittiham edir.

Cümə günü Suriyanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda polisin açdığı atəş nəticəsində 100-dən artıq adam həlak olub.
XS
SM
MD
LG