Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:20

ABŞ şirkətləri texnologiya dünyasının liderləridir


Apple
Apple

Apple Inc.Microsoft Corp. kimi ABŞ şirkətləri təkcə öz sahələrinin pionerləri deyil. Eyni zamanda onların texnologiyaları və qabaqcıl məhsulları bu günə qədər öz dominantlığını itirməyib.

HowMuch.net saytı ABŞ şirkətlərinin texnologiya sahəsində liderliyini sərgiləmək üçün dünyanın 50 ən iri texnologiya şirkətinin bazar kapitallaşmasını göstərən cədvəl tərtib edib. Bu cədvəlin köməyi ilə ABŞ şirkətlərini onların dünyadakı rəqibləri ilə müqayisə etmək olar.

7-si ABŞ şirkətidir

Dünyanın 10 ən iri korporasiyasından 7-si ABŞ, ikisi Çin, biri isə Koreya şirkətidir. Cədvəli hazırlayanlar ABŞ şirkətlərinin öz rəqiblərinə nəzərən hansı mövqedə olduğunu göstərmək üçün bu şirkətləri 5 kateqoriyaya ayırıb. Görünən odur ki, media sektorundan başqa, demək olar, bütün sahələrdə ABŞ şirkətləri xarici rəqiblərinin ciddi sınağına məruz qalırlar.

Hazırlanan cədvəldə yer alan dünyanın 10 ən böyük texnologiya şirkəti bunlardır:

1. Apple (ABŞ) – 1.1 trilyon dollar

2. Amazon.com (ABŞ) – 962 milyard dollar

3. Microsoft (ABŞ) – 883 milyard dollar

4. Alphabet (ABŞ) – 839 milyard dollar

5. Facebook (ABŞ) – 460 milyard dollar

6. Alibaba (Çin) – 412 milyard dollar

7. Tencent Holdings (Çin) – 383 milyard dollar

8. Samsung Electronics (Koreya) – 297 milyard dollar

9. Cisco Systems (ABŞ) – 224 milyard dollar

10. Intel (ABŞ) – 222 milyard dollar.

Smartfonlar sahibini gözündən tanıyacaq
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

«Cədvəldə ilk yeri Şimali Amerika şirkətləri tutur. Onların çoxunun baş qərargahı Kaliforniyanın Silikon Vadisində yerləşir. İkinci yeri dünyanın 50 ən iri texnologiya şirkəti arasında bir neçə şirkətlə təmsil olunan Çin tutur. Ancaq bu şirkətlərin heç biri həcminə görə Apple, Amazon və Microsoft kimi nəhənglərin yarısına belə çatmır», – saytın kontent direktoru Raul Amoros deyir.

Cədvəl həmçinin, texnologiya dünyasındakı danılmaz sərvət uçurumunu da əks etdirir. Bir ovuc şirkət həcminə görə bazarda 500 milyard dolları keçib.

«Apple şirkəti texnoloji cihaz və avadanlıq sektorunda, az qala, Allah səviyyəsinə yüksəlib», – sayt yazır.

Apple və Samsung dünyası

«Bir Apple kainatı var (1.1 trilyon), bir də bütün qalanların kainatı. Apple-ın iPhone-una yeganə real rəqib olan Samsung (297 milyard dollar) Cənubi Koreyadan seçilən yeganə şirkətdir. Ancaq Apple ondan, az qala, 4 dəfə böyükdür. Yarımkeçirici industriyası da Intel (222 milyard dollar), TSMC (219 milyard dollar) və Nivida (174 milyard dollar) kimi bir ovuc şirkətin nəzarətindədir», – Amoros deyir.

Ancaq gəlirlər baxımından bunun əhəmiyyəti yoxdur. Samsung, eyni zamanda, həm də yarımkeçirici şirkətidir. Bu ilin ikinci rübündə Samsung-un smartfon və ona bənzər cihazların satışından gəliri 21 milyard dollar olub. Bu, şirkətin ümumi gəlirinin 41%-i deməkdir. Şirkətin çiplərin satışından gəliri isə 19.35 milyard dollar olub. Bu, ümumi məbləğin 38%-i deməkdir.

Dayanmadan dəyişən dünyada növbəti bir neçə ildə qlobal landşaftın necə görünəcəyini proqnozlaşdırmaq çox çətindir. Amoros qeyd edib ki, Alibaba Group Holding Ltd.-nin bu il gəlirlərini iki dəfə artırmaq potensialı var. Bu halda Çin onlayn satış nəhəngi kimi Amazon-u öz yerindən sıxışdırıb çıxara bilər. Onun sözlərinə görə, bu texnologiya şirkətlərinin ölçüsü onların Axilles dabanı ola bilər.

«Bu şirkətlər üçün ən böyük təhlükə dəyişən iqtisadiyyat və texnologiya sahəsindəki inkişaf yox, iri texnologiya şirkətlərinin monopoliyasına son qoyacaq qanunvericiliyə ehtiyac haqda söhbətlər ola bilər», – o deyir.

Görünür, birinci olmaq heç də asan iş deyil.

XS
SM
MD
LG