Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:42

ABŞ Senatı Belarusa sanksiyalara dair qanun qəbul edib


Senator Jim Risch
Senator Jim Risch

ABŞ Senatı Belarus Demokratiya, İnsan Haqları və Suverenlik adlı qanunu qəbul edib.

Bu qanun Belarus üzərinə sanksiyaları genişləndirir və bu ölkədə müstəqil mediaya dəstək verilməsini nəzərdə tutur.

ABŞ Senatı Xarixi Əlaqələr Komitəsinin sədri, respublikaçı senator Cim Riş dekabrın 21-də bu qanunun qəbul edilməsini ABŞ-ın demokratik Belarusa dəstəyinin güclü olaraq qalmasının ifadəsi kimi alqışlayıb:

"Belarusda Lukaşenkanın diktator üsul-idarəçiliyinə etiraz edən dinc vətəndaşlar üzərinə davam edən zorakı hücumlar qeyri-məqbuldur. Bugün qəbul edilmiş qanun ABŞ-ın Belarus xalqına və onun daha azad və demokratik gələcə ümidlərinə dəstəyini göstərir”.

Bu qanun Nümayəndələr Palatası tərəfindən qəbul olunub və qüvvəyə minməsi üçün prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

Bu sənədə əsasən Birləşmiş Ştatlar Belarusda vətəndaş cəmiyyətinin inkişafına dəstəyi artırmalıdır.

Qanunda bu məqsədlə 2021 və 2022-ci illərdə hər il üçün 11 milyon dollar ayrılması nəzərdə tutulur.

ABŞ prezidentinə əlavə səlahiyyət

Qanun habelə ABŞ prezidentinə Belarusda mübahisəli 2020-ci il seçkisi ilə bağlı sanksiyaların qoyulması səlahiyyəti verilir.

Belarusda 9 avqust prezident seçkisində ölkəyə 1994-cü ildən başçılıq edən Alyaksandr Lukaşenka qalib elan ediləndən bəri paytaxt Minsk və başqa şəhərlərdə etiraz aksiyaları səngimir.

Müxalifət və Qərb seçkinin saxtalaşdırıldığını iddia edir.

Alyaksandr Lukaşenkanın hökuməti etirazçılara qəddar divan tutur. İndiyədək minlərlə etirazçı saxlanıb. Onlara işgəncə verilməsinə dair inandırıcı məlumatlar var.

Müxalifət Lukaşenkanın istefasını, siyasi məhbusların azad edilməsini və yeni seçki keçirilməsini tələb edir.

Belarusda müxalifət liderlərinin əksəriyyəti ya həbs olunub, ya da ölkədən qaçaq düşməyə məcbur edilib.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və bir sıra başqa ölkələr Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini və Lukaşenkanın legitimliyini tanımaqdan imtina ediblər.

XS
SM
MD
LG