Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:28

ABŞ-da yoluxmaların sayı 3 milyonu keçdi


Gürcüstanın koronavirusa belə qalib gəldi. Azərbaycan niyə bacarmadı?
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Gürcüstanın koronavirusa belə qalib gəldi. Azərbaycan niyə bacarmadı?

Birləşmiş Ştatlarda pandemiyanın əvvəlindən bəri koronavirusa yoluxanların sayı 3 milyonu keçib.

Bu həftə ABŞ-da başqa bir kədərli rekord da baş verib. Gündəlik yoluxma hallarının sayı 60 mindən çox olub.

Johns Hopkins Universitetinin iyulun 8-də verdiyi məlumata görə indiyədək ABŞ-da COVID-19-dan 131 min 594 nəfər ölüb.

ABŞ həm yoluxma, həm də ölüm saylarına görə dünyada birinci olaraq qalır.

Təkcə iyulun 7-də bu ölkədə 1114 ölüm qeydə alınıb.

Digər tərəfdən Ağ Ev bildirir ki, iqtisadi açılımı təmin etmək üçün kifayət qədər tibb ləvazimatı və dava-dərman var.

Prezident Donald Trump dəfələrlə bəyan edib ki, koronavirus statistikasının yüksəlişi ölkədə genişlənməkdə olan test kampaniyası ilə bağlıdır.

Ekspertlər bu qənaətlə qismən razılaşsalar da, bildirirlər ki, yeni yoluxmalarda sıçrayışlı artım yaranıb.

Açılım planları təxirə salınır

Xəbər verilir ki, Florida və Texas ştatlarında səhiyyə sistemi gərginliyi hiss etməyə başlayıb.

Kaliforniya, Arizona və Corciya ştatlarında da yoluxmaların sayı artmaqdadır.

Kaliforniya və Texas ştatlarının hər birində iyulun 7-də 10 min yoluxma qeydə alınıb.

Bu, həmin ştatlar üçün birgünlük rekord rəqəmidir.

İnfeksiyaların belə sıçrayışla artması bir çox yerlərdə biznes və iqtisadiyyatın açılım planlarını təxirə salıb.

Beləliklə, Kaliforniyada kafe-restoranların iyulun 13-ə planlaşdırılan açılışı baş verməyəcək.

Braziliya koronavirusa yoluxmaların sayına görə yalnız ABŞ-dan geri qalır. İndiyədək bu ölkədə COVID-19-a populist prezident Jair Bolsonaronun özü də daxil 1 milyon 660 min nəfər yoluxub. Ölümlərin sayı 67 mini keçib.

Dünya Səhiyyə Təşkilatı (DST) iyulun 7-də xəbərdarlıq edib ki, Latın Amerikasında və Birləşmiş Ştatların bəzi guşələrində COVID-19-a yoluxma qorxulu sürətlə artır.

Karantinin işsiz qoyduğu gənc ailə: 'Körpəyə yeməyi nəylə alaq?'
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Avropadan iki cür xəbər

Bu arada Britaniya hökuməti iqtisadiyyatın yenidən başladılması üçün 37 milyard dollar ayırıb.

Maliyyə naziri Rishi Sunak iyulun 8-də bildirib ki, bizneslərin və iş yerlərinin saxlanması üçün dəstək tədbirləri davam etdiriləcək.

Britaniyada epidemiyanın əvvəlindən bəri 44 min nəfər koronavirusa yoluxmadan vəfat edib.

Cənub-şərqi Avropada, Balkanlarda, Rumıniya və Moldovada yoluxmaların sayı sürətlə artır.

Avropanın başqa yerlərində yoluxmalar artsa da, ümumi epidemioloji vəziyyətin nəzarətdə olduğu görünür.

İyulun 7-ə olan məlumata görə dünyada indiyədək 12 milyona yaxın insan koronavirusa yoluxub. Bu müddət ərzində bütün dünyada ölənlərin sayı 547 min 500 nəfəri keçib.

XS
SM
MD
LG