Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:54

ABŞ-ın hərbi yük təyyarəsi Moskvaya yardım gətirib


ABŞ Hərbi Hava Qüvvələrinin C-17 Globemaster nəqliyyat təyyarəsi Moskvanın Vnukovo beynəlxalq hava limanında
ABŞ Hərbi Hava Qüvvələrinin C-17 Globemaster nəqliyyat təyyarəsi Moskvanın Vnukovo beynəlxalq hava limanında

Göyərtəsində Rusiyaya koronavirus epidemiyası ilə mübarizədə yardım çərçivəsində süni tənıəffüs ventilyatorları daşıyan ABŞ hərbi yük təyyarəsi Moskvaya gəlib.

ABŞ-ın Rusiyadakı səfirliyinin sözçüsü Rebecca Ross mayın 21-də Twitter-də yazıb ki, təyyarə ilə gətirilən humanitar yük Birləşmiş Ştatların Rusiya xalqına yardımıdır:

"Böhran zamanlarında Birləşmiş Ştatlar və Rusiya insan həyatını xilas etmək üçün birlikdə işləməlidirlər”.

ABŞ Milli Təhlükəsizlik Şurasının yazdığı tvitdə isə deyilir ki, göndərilən yük Birləşmiş Ştatların dünya böyünca “ehtiyacda olan insanlara” yardımlarından biridir və bu ventilyatorlar koronavirusun Rusiyada ən sərt vurduğu Moskva şəhərində insan həyatlarını xilas edəcək.

Daha 200 ventilyator gələcək

ABŞ hökuməti Rusiyaya daha 200 süni tənəvvüs ventilyatorları çatdırmağı planlaşdırır.

Hazırda Rusiya yoluxanların sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Rusiyada mayın 21-də daha 8849 yoluxma qeydə alındıqdan sonra xəstələnənlərin ümumi sayı 317,554 nəfərə çatıb.

Son sutka ərzində daha 127 ölüm qeydə alınıb. Ölənlərin sayı 3009 nəfərə yüksəlib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova mayın 21-də deyib ki, ABŞ-dan ventilyatorların daha bir partiyasının gələn həftə gələcəyi gözlənilir.

Birləşmiş Ştatlar koronavirusa yoluxanlanların sayına görə dünyada birincidir. ABŞ-da artıq 1.55 milyion nəfər COVID-19-a yoluxub. Ölənlərin sayı 93471-dir.

Rusiya ötən aprel ayında ABŞ-a özünün istehsal etdiyi süni tənəffüs aparatları göndərmişdi. Həmin vaxt koronavirusun ən geniş yayıldığı Nyu Yorkda belə cihazlar çatışmırdı.

Moskva bunun humanitar yardım olduğunu desə də, Vaşinqton avadanlığın pulunu ödədiyini bildirmişdi.

Lakin nasazlığına görə bu ventilyatorlardan istifadə edilməmiş, Rusiyada bu cihazlar səbəbindən iki yanğın baş verfdikdən sonra isə aparatlar təhlükəli elan olunmuşdu.

XS
SM
MD
LG